mumtv.az
mumtv.az

"Qalatasaray"ın yeni transferi "Neftçi" ilə oyunda iştirak etməyəcək

12-09-2020, 13:58 40 dəfə baxılıb

Türkiyə klubu "Qalatasaray"ın daha bir futbolçusu Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək oyunu buraxacaq.

Mumtv.az Apasport.az saytının məlumatına əsasən bildirir ki, zədəli Əmrə Akbaba ilə yanaşı, yeni transfer Peter Etebo da Bakıda meydana çıxmayacaq.

Buna səbəb İngiltərə təmsilçisi "Stok Siti"dən icarəyə götürülən 25 yaşlı yarımmüdafiəçinin fiziki hazırlığının qaydasında olmamasıdır. İyunun 15-dən bəri yüksək templi məşqdə iştirak etməyən nigeriyalı oyunçu xüsusi proqram üzrə hazırlaşır. Onun Super Liqanın bu gün "Qaziantep"lə keçiriləcək 1-ci tur matçını və "Neftçi" görüşü buraxacağı dəqiqdir.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA