Hadisə
Hadisə
Lənkəranda yaşayış binasında yanğın: Xəsarət alan var
Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 40 kvadrat metr olan mənzilin bir otağında yataq dəsti yanıb.
Mumtv.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı üç nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, onlardan biri tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.