Hadisə
Hadisə
Avtomobilin vurduğu qadın xəstəxanada öldü
Gornaboyda ölümlə nəticələnən yol qəzası baş verib.
Mumtv.az bildirir ki,bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, sentyabrın 26-ı saat 20 radələrində Goranboy rayonunun Faxralı kəndi ərazisində kənd sakini H.Əhmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmkəndlisi Mahirə Həmidovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.