Hadisə
Hadisə
Şamaxıda atəş açan şəxs tutulub
Şamaxı Rayon Polis Şöbəsinə avqustun 18-də Nağaraxana kəndi ərazisində kənd sakini E.Babayevin xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açaraq həmkəndliləri Ə.Cavadovu və onun həyat yoldaşını hədələməsi barədə məlumat daxil olub.
Mumtv.az bildirir ki, sərhal polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə E.Babayev saxlanılıb.
Ondan müvafiq sənədləri olan "İJ-27” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
(Apa.az)