Hadisə
Hadisə
Bağ evində narkotik əkirdi: sonda ələ keçdi
Keçmiş məhkumun evindən narkotik maddə tapılıb.
Mumtv.az Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata əsasən bildirir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşları Ləhiş bağlarında əməliyyat tədbiri keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş A.Əliyevin yaşadığı evə baxış zamanı 720 qram marixuana, həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 201 ədəd çətənə kolu aşkarlanıb götürülüb.