Hadisə
Hadisə
“Opel” “VAZ-21011”lə toqquşdu: Ölən var
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən DogruXeber.az-a verilən məlumata görə, avqustun 8-də saat 12 radələrində Bərdə şəhəri ərazisində E.Rəhimovun idarə etdiyi "Opel” və Ə.Kərimovun idarə etdiyi "VAZ-21011” markalı avtomobillər toqquşub.
Nəticədə Ə.Kərimov, sərnişinləri D.Hüseynova və Yunis Həmidov xəstəxanaya yerləşdirib. Y.Həmidov orada ölüb.
Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./Unikal.org