Hadisə

Aprelin 8-də göyərtəsində 4 azərbaycanlı heyət üzvü olan gəminin Malta sahilində yanması barədə xəbərlər ölkə mediasının gündəminə çevrildi. Onların ölkədən kənarda qaldığı bir ay müddətində demək olar hər gün vəziyyətləri ilə bağlı KİV-də məlumat yayılırdı. Nəhayət, bir aydan sonra "Bellatrix SHİPPİNG LTD”yə məxsus "Bellatrix” gəmisinin azərbaycanlı heyəti – baş köməkçi Cahangir Əzizli, baş mexanik Məcidəli Kərimov, motorçular Kamil Bədəlov və Tələt Cəbrayılovun ölkəmizə gətirilməsi bu gün reallaşıb.
Mumtv.az xəbər verir ki, bir ay əvvəl dənizçilərimizin başına gələn hadisə barədə gəmi kapitanının baş köməkçisi Cahangir Əzizli Lent.az -a hadisənin necə baş verməsindən, xilas olmalarından danışıb:

- Aprelin 8-də gecə saat 03:15-də, İon dənizində, İtaliyanın Siciliya adası ilə Yunanıstan adaları arasında səfərdə olarkən yanğın baş verdi. Yanğın gəminin baca hissəsindən çıxan qığılcımlara görə yarandı. Çox güclü külək olduğundan özümüz söndürə bilmədik. Hadisə zamanı hindistlanlılardan birinin iki barmağı kəsilmişdi. Onu da özümüz müalicə etdik.

"Bizi xilas edən gəminin baş köməkçisi mənim qrup yoldaşım idi”

- Yaxınlıqdan Türkiyə şirkətinin Panama bayrağı ilə üzən "ARİFE” gəmisi keçirdi. Gəmi kapitanının baş köməkçisi həmyerlimiz Ramil Əhmədov bizimlə əlaqəyə çıxaraq, köməyə ehtiyacımız olub-olmadığını soruşdu. Biz də kömək lazım olduğunu dedik. Yanğın güclü olduğundan böyük gəmi ilə yaxınlaşa bilmədilər. Dalğa var idi, gəmi çox tərpənirdi. O da sağ olsun, öz heyətindən bir neçə nəfərlə kiçik qayıqda gəldi və bizi xilas etdi. Gəmidə 12 nəfər idik. Hər dənizçi o küləkli havada gəlib kömək etməzdi. Ramil Əhmədov həm də mənim qrup yoldaşım olub.


"Koronavirusa görə Türkiyəyə ayaq vurmağımıza icazə vermirdilər”

- Aprelin 12-də İzmir limanına gəldik. Ancaq bizi limanda enməyə qoymadılar. Ayın 17-dən mayın 2-dək gəmidə karantində qaldıq. Birinci vitse-prezident Mehriban Əliyevaya, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, Kənan müəllimə təşəkkür edirəm. Onlar Ankara ilə, Türkiyənin Xarici İşlər Nazirliyi ilə əlaqəyə çıxdılar. İzmirdəki konsulumuz Asif müəllim də bizə çox dəstək oldu. Koronavirusa görə heç kim bizi ölkəyə buraxmırdı, qorxurdu. Adlarını sadaladığım adamların sayəsində mayın 2-də, nəhayət, həkimlər bizi yoxlayıb, gəmidən düşməyimizə icazə verdilər. 4 gün Qızlar Universitetinin yataqxanasında karantində qaldıq. Orada hər otaqda bir nəfər olmaqla qalırdıq. Gözəl şərait qurmuşdular, yemək-içməkdən, xidmətdən razıyıq. Çox sağ olsunlar, bizə yaxşı baxırdılar. Bizdən müsahibə götürmüşdülər. Yəqin ki, "TRT” kanalından göstərərlər. Daha sonra İzmirdəki konsulumuz Asif müəllimin və İstanbuldakı konsulumuz Təbriz müəllimin köməyi ilə bizi karantindən növbəsiz çıxarıb ölkəmizə göndərdilər.

Həmsöhbətimiz onları xilas edənlərin Gürcüstanın deyil, Türkiyə gəmisi olduğunu da vurğulayıb:

- Bundan əvvəl bizdən açıqlama almışdılar. Ancaq təəssüf ki, orada bizi xilas edən gəminin Türkiyəyə yox, Gürcüstana məxsus olduğu yazılmışdı. Bunu hətta "Facebook"da da paylaşmışdılar. Qrup yoldaşım, bizi xilas edən Ramil Əhmədov həmin paylaşımı görəndə gülüb ki, niyə məni gürcü etmisiniz.

Cahangir Əzizli hazırda səhhətlərinin normal olduğunu da qeyd edib:

- Gəmi "Bellatrix SHİPPİNG LTD”yə məxsusdur. Boliviya bayrağı altında üzür, sahibi türkdür. Quru yük gəmisidir, tökmə yüklər daşıyırdıq. Heyətimiz 12 nəfərdən ibarət idi. 4-müz azərbaycanlı, 3 nəfər ukraynalı, 1 rus, 1 türk, 3 nəfər də hindistanlı. Hazırda Bakıda Olimpiya şəhərciyində hər otaqda 2 nəfər olmaqla qalırıq. Hər şey əladı, ancaq adam çox olduğu üçün yeməklərimizi və bizə gətirilən siqaretləri gec çatdırırlar./Lent.az/



Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər