Hadisə

Yutubun Azərbaycanda partnyor şəbəkəsi olan "VediaKorp Azərbaycan” (WediaCorp Azerbaycan) şirkəti görkəmli bəstəkar Elza İbrahimovanın qardaşı Çingiz İbrahimovu şirkətin nüfuzuna xələl gətirdiyi üçün məhkəməyə vermək niyyətindədir.

Bu barədə Kult.az-a açıqlamasında şirkətin meneceri Ceyhun Əsədov deyib. O bildirib ki, Çingiz İbrahimovun idarə etdiyi kanal Yutubun qaydalarına əməl etmədiyi üçün bağlanıb:

"Yutubda əqli mülkiyyət sahiblərinin hüquqları qorunur. Bunlara söz yazarlarına, ifaçılara, bəstəkarlara, aranjimançılara məxsus əsərlər və televiziya görüntüləri daxildir. Məsələn, Xəzər TV-də hansısa bir müğənni musiqi ifa edirsə, onu şəxsi kanalında paylaşması üçün "Xəzər”dən icazə almalıdır. Bizim şirkət "Xəzər”, "İctimai”, ARB və digər kanalların hüquqlarını qoruyur. Bu səbəbdən sistem müəllif hüquqları pozulan zaman avtomatik onu tanıyır və blok edir.

Elza İbrahimovanın kanalında da efirdə gedən görüntülər paylaşılıb və avtomatik olaraq müəllif hüquqları ilə bağlı kanala bildiriş gedib. Yəni görüntüyə icazə verilib, lakin ondan əldə edilən gəlir televiziya kanalına yönəlib. Buna etiraz edən Yutub kanalının sahibi də məsələni araşdırmadan şikayət edib ki, bu, saxtadır. Yutub şirkəti də saxta şikayətlərə görə istifadəçiyə xəbərdarlıq edir ki, şikayətiniz yanlış olduqda kanalınız silinə bilər. Bu səbəbdən Elza İbrahimovanın kanalı silinib. Bunun üçün "VediaKorp Azərbaycan” şirkəti heç bir məsuliyyət daşımır və məhkəmə qarşısında da buna qanunla cavab verməyə hazırdır. Çingiz İbrahimov əlində heç bir sənəd-sübut olmadan bizim işgüzar nüfuzumuza kölgə salır. Hətta biz də istəyirik ki, buna görə onları şikayət edib, nüfuzumuza xələl gətirdiyi üçün təzminat davası açaq. Artıq bir çox saytlarda bizim haqqımızda yalan məlumat yayılıb. Müqavilə bağlamadıqları üçün onları şikayət etdiyimizi bildirirlər. Ola bilər ki, şirkətimiz tərəfindən onlara hüquqlarının qorunması məqsədilə müqavilə üçün avtomatik təklif göndərilsin. Biz bu müraciəti kiməsə əllə göndərmirik, bunu çatdıra da bilmərik. Bizim minlərlə partnyorumuz var. Belə olduğu təqdirdə həmin şəxs bizim şirkətə yaxınlaşmalı idi və bu məsələyə aydınlıq gətirməli idik. Çingiz İbrahimov Yutub qaydalarını düzgün bilmədiyindən və haqsız etiraz etdiyi üçün belə bir problem yaşayıb”.

C.Əsədov şirkətin vəfat edən sənətkarların adına kanal açıb gəlir əldə etməsi barədə yayılan məlumatlara da aydınlıq gətirib:

"Şirkətimiz heç bir sənətçinin razılığı olmadan onun adına kanal açmayıb. Guya biz Rəşid Behbudovun adına kanal açıb, oradan gəlir götürürük. Bunlar yanlış məlumatdır. "Speys” kanalının icraçı direktoru Kamil Şahverdi buna nəzarət edir. Biz onun hüquqlarını qoruyuruq. Dünyasını dəyişən digər sənətçilərə məxsus Yutub kanalları da onların varislərinin nəzarətindədir. Heç kim sübut edə bilməz ki, biz dünyasını dəyişmiş hansısa sənətçinin adına kanal açıb, onu öz maraqlarımıza uyğun istifadə edirik”.

Qeyd edək ki, mətbuatda Yutubun Azərbaycanda yeganə partnyor şəbəkəsi olan "VediaKorp Azərbaycan” (WediaCorp Azerbaycan) şirkətinin Azərbaycanda fəaliyyət göstərən Yutub kanallarının sahiblərinə əməkdaşlıq təklif etməsi, razılaşmayanların kanalını şikayət edərək sildirməsi barədə məlumat yayılıb. Silinən kanallar arasında görkəmli bəstəkar Elza İbrahimovaya məxsus kanal da olub.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər