Gündəm

 "Mən bir çox filmlərimə təsadüf nəticəsində dəvət almışam"
 
 
 
 
 
 
 
 
Cənab prezident İlham Əliyev 2021 ci ili "Nizami” ili elan edib. Dahi şairin yaradıcılığına həsr olunan bir sıra tədbirlər keçiriləcək, şairin fəlsəfi fikirləri təbliğ olunacaq. Şair haqda illər öncə "Nizami” filmi çəkilib. Filmdə baş rollardan biri - Afaqı oynayan Xalq artisti, sevilən aktrisa Həmidə Ömərova filmlə bağlı xatirlərini Moderator.az-la bölüşüb.

"Mən bir çox filmlərimə təsadüf nəticəsində dəvət almışam, eynilə də bu filmə. "Nizami” filminə mən hələ çəkilməzdən öncə bilirdim ki, bu filmin 20 dəqiqəsi, yəni lazım olan səhnələri çəkilmişdi. Bizim ulu öndərimiz Heydər Əliyev tarixi filmlərə xüsusi diqqət ayırırdı və daim nəzarətdə saxlayırdı. Filmdə mənim yerimə o vaxt Çeçen-İnquş aktrisası Tamara Yandıyeva çəkilirdi. Heydər Əliyev Eldar Quliyevdən soruşub ki, Azərbaycanda aktrisa yoxdur ki, Tamara "Nizami” filminə çəkilir? O da deyib ki, əlbəttə var. Ulu öndər göstəriş verib ki, filmə azərbaycanlı aktrisa çəkilsin. Mən də kinostudiyada idim, hansısa filmin çəkilişlərinə tələsirdim. Bir də gördüm ki, filmin ikinci rejissoru Akif Rüstəmov qoluma girib, məni "fotoprob”-a apardı. Qrim edib, Afaqın geyimində şəkillərimi çəkdilər. Bir neçə aktrisanın fotoşəkillərini çəkib, ulu öndərimizə göstəriblər. Heydər Əliyev də mənim şəkilimi göstərib və soruşub ki, bu azərbaycanlıdır? Deyiblər ki, bəli azərbaycanlıdır. Ulu öndər deyib ki, bu qız çəkilsin!” - deyə Həmidə Ömərova bildirib.
Xalq artisti daha sonra filmlə bağlı çəkilişlərdən danışıb.

""Nizami” filmini biz Gəncədə çəkirdik. Orada bir səhnə var, Afaq yəni mənim qəhrəmanım igidlərin əhatəsində öz toyunda rəqs edir. Toyun kəbinini də Nizami Gəncəvi özü kəsir. Bütün Gəncə əhli yığılmışdı, bizə əl çalırdılar. Mən də ürəkdən rəqs edirdim. Bəlkə də filmin ən gözəl səhnəsi idi. Amma bədii şura bu səhnələri kəsdi ki, gəlin öz toyunda rəqs etməz. Bəxtim gətirmədi, rəqs etdim, kəsdilər. Halbuki Afaq müsəlman yox, qıpçaq qızı idi” - deyə aktrisa bildirib.

Xalq artisti bildirib ki, filmdə Nizami obrazını oynayan Müslüm Maqomayev onun ən unudulmaz tərəfmüqabili olub.

"Orada elə bir səhnə var ki, Afaq Nizamiyə öz keşməkeşli həyatını danışır. Bax bu səhnəni çəkməzdən öncə rejissor Eldar Quliyev məni kənara çəkib dedi ki, Həmidə, Müslüm Maqomayev böyük sənətkarımızdır, amma sən elə oynamalısan ki, o inansın ki, sən həqiqətən də Afaqsan. Dedim ki, yaxşı. Mən başladım bu səhnəni oynamağa və xahiş etdim ki, pauzasız, dərhal çəkin. Həmin səhnə çəkilib qurtarandan sonra Müslüm Maqomayev mənə yaxınlaşıb dedi ki, siz elə oynayırsız kı, mən hər dəfə sizinlə çəkildiyim səhnələrimdə özüm də inanıram ki, Nizami Gəncəviyəm” - deyə Xalq artisti bildirib.

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər