Gündəm

Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən intiharların sayı 5 fakt təşkil edir
"ÜST-ün məlumatlarına əsasən, dünyada ən çox intihar hadisəsi Avropa ölkələrində baş verir”.

APA xəbər verir, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında yer alıb. Qeyd olunub ki, ön sıralarda Litva (hər 100 min nəfərə 31,9 intihar), Rusiya (hər 100 min nəfərə 31 intihar) və Belçika (hər 100 min nəfərə 20,7 intihar) kimi ölkələr yer alır: "Azərbaycana gəlincə, əhalinin hər 100 min nəfərinə düşən intiharların sayı orta hesabla 5 fakt təşkil edir. Müqayisə üçün qonşu Gürcüstanda bu say 8,2-dir”.

Bildirilib ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda intihar sayının az olmasına baxmayaraq, belə halların mövcudluğu və son illərdə artım tendensiyası onunla fəal və kollektiv mübarizə apatılmasını diktə edir: "Bunun üçün profilaktik tədbirlər kompleks və əlaqəli şəkildə aparılmalıdır.

İntihar hallarının azalması üçün ilk növbədə maarifləndirmə tədbirləri ilə yanaşı, inam telefonlarının, psixoloji məsləhət xidmətinin inkişaf etdirilməsi, həssas təbəqədən olan insanlarla işləyən mütəxəssislərin bu sahədə məlumatlandırılması, intihar düşüncələrinə malik insanların dərhal psixoloji və psixiatrik xidmətə yönləndirilməsi üçün Dövlət Komitəsinin və UNFPA (BMT-nin Əhali Fondunun) birgə əməkdaşlığı ilə fəaliyyət göstərən (860) qaynar xəttinin xidmətlərindən istifadə etmək lazımdır”.

Qeyd olunub ki, aparılan bir çox elmi tədqiqatlara görə, hər bir belə faktın mediada yayılması, geniş müzakirə edilməsi nəticəsində intihar hallarında artım müşahidə olunur. Bu səbəbdən bəzi ölkələrdə bu barədə məlumatların - intihar edənin şəkilləri, intihar etmə vasitəsi və s. detalların KİV-də yayımlanması tövsiyə olunmur: "Məsələn, Avstriyada, İngiltərədə belə bir təcrübə var. Odur ki, mediada intihar və zorakılıq hallarının işıqlandırılmasına daha həssas yanaşılmalı, bu məsələlər daima diqqət mərkəzində saxlanılmalıdır. Çünki internet resursları, KİV həm də təbliğat vasitəsidir. Nəzərə alsaq ki, bu gün insanlar sosial şəbəkələrdən, internet resurslarından aktiv surətdə istifadə edir, insanların rifahı üçün bu gün bu vasitələrin pozitivə işləməsi daha faydalı ola bilər. Zorakılıq, ümidsizlik, ruh düşkünlüyü kimi mənfi halları nümayiş etdirən informasiya resurslarının, animasiya, film, serial nümunələrinin geniş surətdə təbliği sahəsində ehtiyatlı davranmaq lazımdır.

İntiharlarla mübarizə kimi məsuliyyətli iş əlaqədar dövlət qurumları, din xadimləri, mütəxəssislər, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə yanaşı, vətəndaş cəmiyyətinin qarşısında bir sıra vəzifələr qoyur.

İnsanların yaşadığı, təhsil aldığı və işlədiyi sahələrdə nikbin psixoloji ab-havanın yaradılması, uşaq, yeniyetmə və gənclərin maraqlarına uyğun məşğuliyyət sahələrinə yönləndirilməsi kimi tədbirlərin görülməsi insanlarda ruh yüksəkliyinə, bir-birinə inamın artmasına səbəb ola bilər.

Bir vacib məqamı da diqqətdən kənarda qoymaq olmaz. Hər intihar hadisəsindən sonra cəmiyyətdə bir çaxnaşma və ittihamlar dalğası yaranır. KİV nümayəndələri, sosial fəal insanlar bir qayda olaraq hansısa konkret şəxsi, ailə üzvlərini və yaxud rəsmi qurumları hədəfə alaraq günahkarı cəzalandırmaq barədə müzakirə aparmağa daha çox üstünlük verməklə, əsil səbəblərin , yuxarıda sadalanan problemlərin diqqətdən kənarda qalmasına "töhfə” vermiş olurlar”.

Bildirilib ki, intihar və onu doğuran səbəblər haqda ciddi araşdırmalara, təhlillərə və müsbət təcrübələrə söykənən yanaşmaların formalaşması üçün səylərin və məlumatlılığın artırılmasına ehtiyac var: "Çoxsaylı problemlər məngənəsində intiharı çıxış yolu kimi qəbul edən insanı xilas etmək üçün preventiv tədbirlərə, həssas münasibətə, xüsusilə ailə üzvlərinin, doğmaların və yaxınların diqqət və qayğısına əsaslanan addımlar atmalı, ictimai müzakirələrdə ehtiyatlı davranmalıyıq. Diqqəti həm dəyişdirilməsi mümkün olmayan ağır nəticələr haqqında , həm də və daha cox onun baş verməsinə səbəb olan stereotiplərin, bəzən adət-ənənə adı altında cəmiyyətə təqdim olunan zərərli vərdişlərin, hec bir hüquqi və mənəvi cərcivələrə sığmayan zorakı davranışların aradan qaldırılmasına yönəltmək lazımdır. Özü də bu, hər birimizin bir fərd, hamımızın bir toplum olaraq birgə görəcəyimiz bir iş olmalıdır. O zaman həyat hər kəsi bir andaca ondan imtinaya deyil, daha çox onu sevə-sevə yaşamağa ruhlandıracaq”.

Son xəbərlər

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

Bütün xəbərlər