Gündəm

 “Azərbaycanda ödəniş edib efirə çıxarmalı ulduz var?” – Xatirəyə cavab verdilər
 
 

 
 
 
 
 
 
Müğənni Xatirə İslamın verilişlərə pul qarşılığı çıxacağını açıqlaması müzakirələrə səbəb olub.

Belə ki, müğənni sosial şəbəkədə televiziyaların müğənnilərə qonorar ödəməli olduğunu dilə gətirib:
"Ölkəmizdə olan proqramların hər birini maddi tərəfdən təmin edən qurumlar var. Yəni, çoxlu sayda efirə pul ödəyən sponsorlar var. Düşünürəm ki, oradan aparıcılar, operatorlar, redaktorlar maaş alır. Məncə, o verilişlərə gedən sənət adamlarına da qonorar ödənməlidir. O puldan sənətə də pul ayrılmalıdır. Verilişlərimizin hamısını müğənnisiz təsəvvür etsək, sizcə, maraqlı olar? Dünyanın hər yerində məşhur insanlar qonorar alıb efirə gedir. Mən istərdim ki, inkişaf etmiş Azərbaycanımızda da bu cür olsun.

Müğənninin fikirləri birmənalı qarşılanmayıb. İzləyicilər müğənnini addımına görə qınayıblar. X. İslamın qonorar tələbinə sənət yoldaşları da münasibət bildirib.

Müğənni Elnarə Xəlilova Xatirənin istəyini dəstəkləyib: "Dünyanın hər yerində belədir. Mən Türkiyədə verilişə çıxanda mənim təyyarə biletimi də alırlar, otelimi də qarşılayırlar, minimum 5000 lirə qonorar da verirlər. Bizdə də dəfələrlə bunu etməyə müvəffəq olmuşam. Amma bunu edən tək mənəm. Odur ki, tək əldən səs çıxmaz”.

Müğənni Xuraman Şuşalı televiziyaların müğənniyə qonorar ödəməli olduğunu deyib:
"Əslində çoxdan belə olmalı idi. Ancaq bizdə o birlik yoxdur. Təəssüf ki, düz danışana dəli deyirlər”.

Aparıcı Murad Əzimzadə isə Xatirənin qərarını absurd adlandırıb:
"Televiziyaların reklam və gəlir problemi yaşadığı dönəmdə belə bir təklif məntiqli deyil. 2-cisi Azərbaycanda ödəniş edib televiziyaya çıxarmalı ulduz var? Hansı ki, bu ulduzdan televiziya gəlir əldə edəcək.

Yoxdur, bunu hamımız çox gözəl bilirik. Gözə yaxşı görünən şeyləri, qulağa yaxşı səslənən sözləri demək fərqlilikdir, yoxsa nədir? 3-cüsü sənəti normal olanlar vaxtında kaprizsiz efirə çıxsaydılar, indi televiziyalardan zövqsüzlük yağmazdı”.
Musavat.com

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər