Gündəm
Gündəm / Siyasət
“5-ci kolon”dan təmizlənmə əməliyyatı: - Ramiz Mehdiyevin qohumu polis rəisliyindən uzaqlaşdırıldı
Bakıda polis bölməsinin rəisi işdən çıxarılıb.
"Report”un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı İman Mehdiyev vəzifədən azad edilərək sərəncama göndərilib.
Həmin vəzifəyə hələlik təyinat yoxdur.
Ovqat.com-un əldə etdiyi məlumata görə isə, İman Mehdiyev "boz kardinal”ın yaxın qohumu imiş. Onun işdən uzaqlaşdırılması ölkəmizin "5-ci kolon”dan təmizlənməsi çərçivəsində atılmış addım kimi qiymətləndirilir.