Gündəm

Masallı hərbi komissarından ÖZBAŞINALIQ...
Azinforum.az-a Masallı rayonundan şikayət daxil olub. Həmin şikayəti və videoaterialı təqdim edirik:

"Masallı rayon, Ərkivan qəsəbə sakini, Ağazadə Gündüz Çingiz oğlu 2019-cu ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. Hər kəsə məlumdur ki, hərbi xidmətə çağırılan qulluqçular,öncə tibbi müayinədən keçməli və əgər sağlamlıqlarında bir problem yoxdursa, hərbi xidmətə yararlı hesab olunmalıdırlar. Təəssüflər olsun ki, Gündüzün məsələsində hərşey əksinə olub. Belə ki, vətəndaş müayinədən keçdikdən sonra,onun sağ gözünün 0.01 % gördüyü məlum olmuşdur. Diqqətinizə çatdırmaq istəyirəm ki, Gündüzün gözündəki problem sonradan olmayıb, anadangəlmədir. Yəni,bunun bir müalicəsi yoxdur!

Həkimlər də, şifahi olaraq bunu təsdiqləyir. Lakin bununla bağlı Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına Göz Oftolmologiya şöbəsindən rəsmi kağız verilməlidir. Ancaq həkimlər kağızı verməkdən imtina edir.

Masallı hərbi komissarından ÖZBAŞINALIQ...

Cavab olaraq deyirlər ki, "Get hara istəyirsən şikayət et! Biz kağızı verə bilmərik!”

Amma, Rusiya dövlət xəstəxanalarından alınan kağızlar və Masallı rayon Göz Klinikasından aldığımız kağızlar var. Ancaq kağızın sadəcə bir kopyasını bizə verdilər. Əslini isə verməkdən boyun qaçırdılar.

Buna səbəb isə Masallı rayon hərbi komissarlığının təzyiqləridir. Lakin əlimizdə rəsmi kağızlar olmasına baxmayaraq, kimsə şikayətimizə baxmır.

Eyni zamanda bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Vitse-prezident Mehriban xanıma və Müdafiə naziri Zakir Həsənova dəfələrlə rəsmi müraciətlər olunsa da, hamısı cavabsız qalıb.

Buradan aidiyyatı qurumlara səslənirik, xahiş edirik bu məsələ ilə ciddi şəkildə məşğul olunsun. Bu işdə günahkar olan, vəzifəsini düzgün icra etməyən Masallı rayonu hərbi komissarı Vəli Rzayev və digər şəxslər cəzalandırılsın!

Burada bir vətəndaşdan, bir Azərbaycan Respublikasının gəncindən söhbət gedir. Sabah, bir gün bu hər kəsin başına gələ bilər. Ona görə də, bu məsələyə səssiz qalmayaq.

Əlimizdən gəldiyi qədər bu müraciəti paylaşaq.
Əlimizdə olan kağızları da sizlərlə paylaşırıq.

Vacib qeyd!

Vətəndaşın gözünün görməməsinə baxmayaraq, Murovdağ döyüşlərində 4 gün iştirak etmişdir”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər