Gündəm

Füzuli sakinləri ermənilərin viran qoyduğu evlərində... - Fotolar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Türkiyə mediası Azərbaycanın Füzuli şəhərindən reportaj hazırlayıb.

Mumtv.az bildirir ki, Anadolu Agentliyinin (AA) üzvləri 17 oktyabrda işğaldan azad edilən şəhərin fotolarını yayaraq bölgə barədə məqalə dərc ediblər.

Qeyd olunub ki, şəhərdə demək olar ki, salamat bina yoxdur. Bir zamanlar 100 min azərbaycanlının yaşadığı şəhər dağılmış yollardan və sadəcə daşları qalan binalardan ibarətdir.

 

Ermənilər işğaldan sonra evlərin əşyalarını sökərək mənimsəyiblər, yaşamaq üçün olan şərait tamamilə məhv edilib.

Vurğulanıb ki, Azərbaycan hökuməti işğaldan azad edilən bütün bölgələrdə Ermənistanın vurduğu zərəri hesablayır və yenidənqurma çərçivəsində tədbirlər görülür. Həmçinin ərazi mina və partlamamış mərmilərdən təmizlənir.

"Anadolu” qeyd edib ki, Füzuliyə gedən yollar Azərbaycan Ordusunun zərərsizləşdirdiyi düşmənə aid tank, zirehli avtomobillərlə doludur: "Demək olar ki, hər addımbaşı vurulan tankla, ermənilərin qoyub qaçdığı sursatlarla rastlaşmaq mümkündür”. 

Bildirilib ki, əraziyə bir neçə Füzuli sakinləri də gətiriliblər. Onlar 27 illik həsrətdən sonra şəhərlərini ziyarət ediblər və evlərinin vəziyyətini görən zaman kədərləniblər. 

Torpağı ilə qovuşan Şadiyə Qəhrəmanova evindən geriyə sadəcə daşlar qaldığını, buna rəğmən xoşbəxt olduğunu deyib.

Vaqif Vəliyev isə ata yurduna qayıdacaqları üçün sevincli olduğunu ifadə edib.

"Evimi tanıya bilmədim. İkimərtəbəli idi, indi bu hala düşüb. Çox pis oldum, qəlbim yandı. Burada sağlam ev qalmayıb. Biz illərdir bu günü gözləyirdik. İnşallah qısa zamanda Füzuliyə köçəcəyik”, - deyə vaxtilə şəhər sakini olmuş Arzu Şəfiyə bildirib.

(Qafqazinfo.az)
Füzuli sakinləri ermənilərin viran qoyduğu evlərində... - Fotolar
Füzuli sakinləri ermənilərin viran qoyduğu evlərində... - Fotolar
Füzuli sakinləri ermənilərin viran qoyduğu evlərində... - Fotolar
Füzuli sakinləri ermənilərin viran qoyduğu evlərində... - Fotolar
Füzuli sakinləri ermənilərin viran qoyduğu evlərində... - Fotolar
Füzuli sakinləri ermənilərin viran qoyduğu evlərində... - Fotolar

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər