mumtv.az
mumtv.az

Yardımlı rayon təhsil müəssisəsində nələr baş verir?-VİDEO

Yardımlı rayon təhsil müəssisəsində nələr baş verir?-VİDEO
21-10-2020, 14:01 94 dəfə baxılıb

Yardımlı rayon təhsil müəssisəsində nələr baş verir?-VİDEO



 




Şanlı ordumuzun hər gün xalqa yaşatdığı bu sevinc,bir daha onu deməyə əsas verir ki,Azərbaycan dövləti güclü dövlətdir və Azərbaycanın güclü ordusu var. Bəli,bu ifadələri hər zaman ölkə Prezidenti cənab İlham Əliyev bir çox çıxışlarında bəyan etmişdir. Məhz bu gün o gündür ki,deyilən gücü düşmən üzərində sərgiləyib,iddiamızın yalan olmadığını sübut edirik. İnanırıq ki,qısa müddət ərzində ərazi bütövlüyümüz tam təmin olunacaq və qüdrətli Azərbaycan ordusu zəfər qələbəsini tarixi torpağımız olan Şuşada qeyd edəcəkdir. Bəli,biz "DogruXeber.az" informasiya agentliyi olaraq buna inanırıq və əminik.

O ki qaldı bugünkü mövzumuza,məsələ şikayət xarakterli tərkibdən ibarətdir. Hərçənd ki,bu səpgidə olan mövzuları,hazırki həssas məqama görə arxa plana salırdıq. Amma bu məsələ məhkəmə predmetli bir məsələ olduğundan baş verənləri ictimailəşdirmək məcburiyyətində qaldıq. Belə ki,Yardımlı rayon Tahirli kənd sakini Nəzərov Faiq Qüdrət oğlu redaksiyamızla bir neçə dəfə telefon əlaqəsi saxlayıb məsələ haqda məlumat vermişdir. Təbii ki,redaksiyamızdan vətəndaşa hazırki həssas məqam izah edilsə də o israrla redaksiyamıza gəlməyi və düşdüyü ağır durumu ictimaiyyətin diqqətinə çatdırmağı istəmişdir. 

Bütün bunları nəzərə alaraq vətəndaşı "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına qəbul edib müraciətini dinlədik. Onun sözlərinə görə, həyat yoldaşı Qurbanova Nisə Ağayar qızı uzun illərdir Vahid Xanhüseyn Cəfərov adına Mirimli kənd ümumi orta məktəbində sobaçı vəzifəsində çalışıb. Çalışdığı bu illər ərzində bütöv akladla əmək haqqın alırmış. Amma pandemiya dövrünə təsadüf etdiyi vaxtda həyat yoldaşının akladını yarım aklad edərək aldığı əmək haqqına böyük təsir göstərilmişdir. Bunun səbəbini isə məktəb direktorunda  görən F.Nəzərov iddia edir ki,mən məktəblə bağlı aidiyyatı qurumlara şikayət edtdikdən sonra məktəbin direktoru Sakit Qarayev məqsədli şəkildə həyat yoldaşımın bütöv akladını yarım aklada enməsini təşkil etmişdir. 

Onu da diqqətinizə çatdıraq ki,F.Nəzərov redaksiyamızda çıxışı zamanı qeyd etmişdir ki,məktəbdə laboratoriya ştatının olmamasına baxmayaraq məktəb direktoru saxta yolla bu ştatı qeyd edib pulunu mənimsəyir. Digər qeydlərində isə bildirir ki,direktorun bir neçə qanunsuz əməlləri var ki,onlar da bunlardan ibarətdir: "Birincisi,məktəbə odun pulu yazılır,amma pulu mənimsənilir,ikincisi,məktəbin təmir adı altında böyük vəsaitlər mənimsənilir,üçüncüsü isə bundan ibarətdir ki,seçki zamanında məntəqədə iştirak edən müəllimin adından qanunsuz olaraq jurnallar yazılıb." Hətta F.Nəzərovun bildirdiyinə görə bütün bu qeyd etdiklərinə dair rayon İcra hakimiyyəti və rayon təhsil şöbəsi tərəfindən məktəbdə aparılan yoxlamalar zamanı yuxarıda qeyd olunan nöqsanlar aşkar olunmuş və bütün bunlara dair direktor Sakit Qarayevə cərimə tətbiq edilmişdir. Bütün bunlara rəğmən,rayon İcra hakimiyyəti ilə birgə rayon təhsil şöbəsi tərəfindən apardıqları yoxlamalar nəticəsində,verilən qərarla barışmayan  F.Nəzərov məktəb direktoru S.Qarayevin işindən azad olunmasını tələb edib. 

Bundan əlavə olaraq F.Nəzərov RTŞ-nin müdri Manaf Səmədzadənin də bu işlərdə əli olduğunu israrla bildirmişdir. Hətta onun sözlərinə görə RTŞ-nin müdri M.Səmədzadə 10 nəfərdən ibarət təhsil işçiləri ilə akt tərtib edərək,barəsində hüquq mühafizə orqanına müraciət etmişdır. Direktor S.Qarayev tərəfindən məhkəməyə verildiyini və TŞ-nin müdri M.Səmədzadənin polisə şikayət etdiyindən sonra həyatının təhlükə altında olduğunu iddia edən F.Nəzərov aidiyyatı orqanlardan ona yardım etmələrini istəyib. Yardımlı təhsil ocağında bu cür xoşagəlməz halların baş verməsi heç də doğru hal deyil. 

P.S. Redaksiyamız bütün qeyd olunan iddiaların hansı dərəcədə doğru olması ilə bağlı,ilk olaraq Yardımlı rayon təhsil şöbəsinin müdiri Manaf Səmədzadə ilə telefon əlaqəsi saxladıq. M.Səmədzadədən,F.Nəzərovun Mirimli kənd ümumi orta məktəbində labaratoriya ştatının olmadığı və saxta ştat açılaraq pulunun mənimsənildiyi və həyat yoldaşı N.Qurbanovanın əsassız olaraq yarım ştata keçirilməsi və nəhayət məktəbdə odun pulu yazılıb pulunun mənimsənilməsi və sair iddialarının nə dərəcə doğru olması barədə məlumat verməsini xahiş etdik. Şöbə müdiri M.Səmədzadə kənd sakini F.Nəzərovun etdiyi iddiaların hər birinin əsassız olduğunu qeyd etdi. Şöbə müdiri bildirdi ki,qeyd olunan məktəbdə laboratoriya ştatının olması qanunun tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Digər məsələyə gəldikdə isə, vətəndaşın həyat yoldaşı N.Qurbanovanın çalışdığı sobaçı ştatı,nazirlər kabinetinin müvafiq qanununda nəzərdə tutulduğu kimi mövsümə uyğun olaraq tənzimlənir. Sonda şöbə müdiri M.Səmədzadə onu da qeyd etdi ki,F.Nəzərov Mirimli kənd ümumi orta məktəbində etdiyi qanunsuz hərəkətlərinə və əsassız iddialarına görə məktəbin təhsil işçiləri tərəfindən tərtib olunan akta əsasən hüquq mühafizə orqanına müraciət etmişik.

Sonra Mirimli kənd Vahid Xanhüseyn Cəfərov adına ümumi orta məktəbin direktoru Sakit Qarayevlə əlaqə saxladıq. F.Nəzərovun etdiyi iddiaları cəfəngiyyat adlandıran məktəb direktoru,bir məsələni xüsusi olaraq qeyd etmişdir. Onun sözlərinə görə, F.Nəzərov məqsədli şəkildə barəsində yalan və böhtan xarakterli fikirlər bildirdiyi üçün,artıq məhkəməyə müraciət etmişdir. Direktor sonunda bildirdi ki,F.Nəzərovun məktəblə bağlı qeyd etdiyi əsassız iddialarının hamısı planlı şəkildə həyata keçirilir. Çünki sözügedən məktəbin əvvəlki direktoru F.Nəzərovun qardaşı idi. Bu gün də digər qardaşının həmin məktəbə direktor gəlməsi üçün,barəmdə bu cür şantaj və yalan iftiralar atmaqla məşğuldur. 

"DogruXeber.az" informasiya agentliyi olaraq hər iki tərəfin mövqeyiny aidiyyatı qurumların diqqətinə çatdırdıq. Ümidvarıq ki,qısa zaman ərzində aidiyyatı qurumlar,təhsil ocağında baş verən xoşagəlməz halları,araşdırıb hüquqi qiymət verərlər.
"DogruXeber.az"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA