Gündəm

Azərbaycan gömrüyü dünya avtomobil nəhənglərinin şərikinə çevrilib – vətəndaşlar imdad diləyir
 
 
 
 
 
 
 
 
Dünyanın avtomobil istehsal edən nəhəng şirkətləri ilə Azərbaycan gömrüyü sanki, şərikdir. Halbuki həmin şirkətlər avtomobil istehsalı üçün aldıqları xammal az qala avtomobilin satış qiymətinin 60 faizi qədərdir. Azərbaycan gömrüyü isə 1 qara qəpik xərcləmədən avtomobilin dəyərindən artıq rüsum almaqla istehsalçıan artıq qazanır.

Belə bir alver, rüsum alma proseduru heç bir dövlətdə, heç bir qanunda, kitabda yoxdur. Ölkə xaricində 2 min manata alınan avtomobilə görə Azərbaycan gömrüyündə 4 min rəsmi, 700-800 manat qeyri-rəsmi ödəniş tələb olunur.

Bu nonsensdir və dəhşətli reallıqdır!

Xaricdən ölkəyə Opel, Kia, Hundai markalı, kiçik həcmli mühərrikli nəqliyyat vasitəsi gətizdirən Azərbaycan vətəndaşı deyir ki, məsələn "Tayota Prius” hibrid mühərrikli maşınlar görə Azərbyacan gömrüyündə rüsum kimi 4200 manat alırlar. Halbuki rəsmi rüsum 3300-3500 manat müəyyənləşib. Həmsöhbətimiz olan Azərbaycan vətəndaşı deyir ki, E bay Kleinzeigen, Mobile.de saytı üzərindən Almaniyadan 1.3 mühərrik və 1.4 mühərrik 2 nəqliyyat vasitəsi alıb.

Həmin maşınların ölkəyə gətirilməsi üçün Azərbaycan vətəndaşı 1000 avro civarında gətirilmə xərci çəkib. Daşıma xərci gömrük rüsumuna daxil deyil. Maşın Almaniyada 1400 avro alınıb. Normalda gömrük kalkulyatorunda 1364 həcm mühərrikli nəqliyyat vasitəsinə Almaniyada 1400 avro ödəyən Azərbaycan vətəndaşı 1653 dollar – 2828 manat ödəməlidir. Amma gömrükdə 3500 manat rüsum alınır. Bu zaman vətəndaşa rüsum ödəməsi haqda sənədin surətini verirlər. Vətəndaşdan artıq, əlavə pul alınır. Deyilir ki, qiymət real deyil. Faktiki isə həmin real qiymətlər var və bunu gömrükçülər də çox yaxşı bilir.
Bununla belə vətəndaşın məhkəməyə müraciət etməsi ona çox böyük xərclər bahasına başa gəlir. Azərbaycan vətəndaşları gömrükdəki əlavə xərcləri qarşılamaq üçün maşınlardakı katalizatorları Gürcüstan ərazisində 300 manatdan 500-700 manata satırlar. Nəticədə Avro-4 standartına cavab verən nəqliyyat vasitəsi avtomatik standartdan kənar hala gəlir. Bu da respublika ərazisində mühərriklərdən ayrılan tullantı qazlarının birbaşa havaya qarışmasına gətirib çıxarıb. Bu da son nəticədə xərçəng kimi ölümcül xəstəliklərə yol açır. Gömrükdəki olduqca böyük rüsum və əlavə pulların alınması məsələsi illərdir ki, gündəmdədir. Lakin kimsə məhkəmələrə baş vurub məsələni çözmək istəmir. Çünki bu halda vətəndaş daha böyük ziyanla üzləşə bilər. Məhkəmə çəkişməsi dövründə gömrükdə nəqliyyat vasitəsinin saxlandığı hər günə görə 10 manat rüsum alınır. Məhkəmə isə illərlə çəkə bilər.

Həmsöhbətimiz deyir ki, gömrük rəsmiləşdirməsindən əlavə maşınlara nömrə nişanı almaq da bir başqa zülmdür. Nömrə üçün 78 manat dövlət rüsumu ödənməlidir. Amma vətəndaş nömrə almaq üçün 150 manat xərcləyir. Məsələn Azərbaycanda 1700 dollar gömrük rüsumu alınan kiçik həcmli mühərrikə malik "Opel” üçün qonşu Gürcüstanda 500 dollar gömrük rüsumu alınır. Üstəlik 60 gün ərzində gömrük rəsmiləşdirilməsi üçün müddət verilir. Həmin müddətə yaxın ölkədən çıxıb geri dönməklə daha 60 gün də maşını Gürcüstan ərazisində idarə etmək olur.

Həmsöhbətimiz deyir ki, Gürcüstan avtomobil biznesdə Azərbaycandan dəfələrlə artıq qazanır, Gürcüstan vətəndaşlarının öz gömrük orqanlarında son qəpik-quruşları əllərindən alınmır. "Saakaşvili bir qərar verdi, dağın döşündə əkin-biçinə yararsız sahədə dayanacaq düzəltdilər. Maşın Batumuyə çatdısa, orada otel, maşının təkərinə hava vurmağa da pul ödənir. 1 Azərbaycan vətəndaşı Gürcüstana maşın gətirməyə, almağa gedəndə orada azı 200-300 dollar pul xərcləyir” –deyə həmsöhbətimiz bildirib.
/criminal.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər