Gündəm
Gündəm
Bakıdan Batumiyə uçan təyyarə yolun yarısından geri qayıdıb - Səbəb
"Buta Airways" şirkətinin bu gün saat 07:46-dan Bakıdan Gürcüstanın Batumi şəhərinə hərəkət edən sərnişin təyyarəsi təyinat məntəqəsindəki qeyri-sabit hava şəraiti ilə əlaqədar yolun yarısından geri qayıdıb.
"MUMTV.az" bu barədə aviaşirkətə istinadən xəbər verir.
Məlumatda deyilir ki, təyyarə saat 10:12-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enib. Aviareys Batumidə hava şəraiti yaxşılaşdıqdan sonra yerinə yetiriləcək.