Gündəm

"Düzü, karantin rejimiylə bağlı yeni yumşalma elan ediləndə sevindik. Amma iş vaxtımız elə saatlardadır ki, həmin müddətdə müştərilərin yarısı oruc tutur, yarısı da işdə olur”.

 

 

Bu sözləri bu gündən etibarən karantinlə vidalaşıb işə başlayan kafe sahibi Səyavuş deyir. Əslində onun kafesi Bakıda ortabab sayıla bilər. Keçmiş müştərilərini salamlamaq üçün neçə vaxtdır gözləyir. Amma kafesini açdığından hələ ki müştəri qıtlığındadır.

 

Yəqin bilirsiniz, Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarına əsasən restoran, kafe, çay evlərində müştərilərə yerində xidmətin saat 08:00-dan 18:00-dək bərpa olunub.Açılış qərarı məkan sahiblərini sevindirsə də, ortaya bir sıra suallar da çıxdı. Axı qeyd olunan saatlar müştərilərin bir qisminin iş saatı ilə üst-üstə düşür. Nəzərə alsaq ki, Ramazan ayıdır, o zaman, suallar daha da çoxalır. Bəs indi bu saatlarda məkana gələn müştərilər kimlər olacaq? İftarını restoranlarda açmaq istəyənlər heç olmasa evə sifariş verə biləcəklər?

 

Mumtv.az bildirir ki, Lent.az-ın əməkdaşı suallara cavab almaq üçün şəhərin bir neçə restoran və kafelərinə baş çəkdi. Başladıq şəhərin mərkəzində yerləşən, insanların ən çox üz tutduğu restoranlardan. Bizi boş masalar və bekarçılıqdan yorulan ofisiantlar qarşıladı:

 

"Açığı, belə olacağını bilməzdik. İşə yeni başladığımızı nəzərə alsaq, gün keçdikcə müştərilərin çoxalacağına ümid edirik. Onları da qınamaq olmaz. Camaatda pul da yoxdur heç”.

 

Gəzdiyimiz bütün məkanlarda eyni cavabları aldıq və oxşar vəziyyətlə üzləşdik. Yaxşı, gələk digər məsələyə. Oruc tutanlar iftarını açmaq üçün təbii ki, restoranlara üz tuta bilməyəcəklər. Bəs sifariş?

 

Hə, bu sualımıza məşhur restoranlardan birinin meneceri Elman Əliyev aydınlıq gətirdi:

 

"Biz, əslində, karantin müddətində də sifarişləri çatdırmışıq. İndi də eyni qaydada davam edirik. İftar üçün sifarişlər bir o qədər olmur. Ümumi sifarişlər olur. Şirniyyat, pizza, dönər və hamburger müştərilər tərəfindən daha çox sifariş olunan yeməklərdir”.

 

Apardığımız müşahidələrə əsasən deyə bilərik ki, gəzdiyimiz məkanlarda sosial məsafəyə və gigiyenaya düzgün riayət olunur. Məkan sahibləri bildirir ki, gələn müştərilərə bir masanı arada boş qoymaq şərti ilə əyləşmələrini təklif edirlər. Amma hər birimiz öz sağlamlığımızı düşünərək getdiyimiz məkanlarda bu qaydalara riayət etməyi unutmamalıyıq. Əks halda, yenidən geridə qoyduğumuz günləri yaşamalı olarıq.


Son xəbərlər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

Bütün xəbərlər