Gündəm

Azərbaycan Televiziyasının (AzTV) "Çıxışa doğru” verilişində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri, eləcə də ictimai qınaq və vətəndaş fəallığı müzakirə edilib.

Milli Məclisin deputatı Arzu Nağıyev qeyd edib ki, bəzi məmurlar tutduqları vəzifəyə hörmət etməlidirlər: "Problem ondadır ki, məmurlar öz vəzifələrinə hörmət etmirlər. Göründüyü kimi, cənab Prezident onları təyin edəndə tapşırıq və tövsiyələrini birmənalı şəkildə verir. Məmurlar, eləcə də millət vəkilləri vətəndaşları dinləməli, o problemlərin həlli ilə məşğul olmalıdırlar”.

Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, bəzən vətəndaşların hüquqlarını bilməməsi məmurlara daha rahat hərəkət etməyə imkan verir: "Xüsusilə regionlarda vətəndaşlar öz hüquqlarını bilmirlər. Bu da həm də onunla bağlıdır ki, bölgələrdə əhalinin çox hissəsinin başı daha çox kənd təsərrüfatı işlərinə qarışıqdır, sosial şəbəkələrdən bir qədər uzaqdırlar və s. Ancaq biz problemin həlli yollarını axtarmalıyıq. Bəzən müraciətin, şikayətin təkrar olaraq şikayət olunan yerli quruma qaytarılması vətəndaşda məyusluq yaradır”.

"Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əlməmməd Nuriyev bildirib ki, ictimai nəzarət üçün vətəndaşın informasiyaya çıxışı təmin olunmalıdır: "İcra hakimiyyətləri hesabatlarını saytlarında yerləşdirməlidir. Gəlin, baxaq görək, nə qədər icra hakimiyyəti strukturu bunu edir?!”

Ə.Nuriyev qeyd edib ki, yerli icra hakimiyyəti orqanlarının yerli regional idarəetmə forması ilə əvəzlənməsi məsələsini də nəzərdən keçirmək olar: "Bəlkə də yerli icra hakimiyyəti orqanlarını yerli regional idarəetmə formasına qaldırmalıyıq. Bəlkə də bələdiyyələrin səlahiyyətini artırmalıyıq. Antikorrupsiya mədəniyyətini inkişaf etdirməliyik”./Turkustan.info/



Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər