Gündəm

 

 

 Lənkəran,Lerik və Astara meşələrindəki görüntülər hər kəsi təəccübləndirəcək-Video/Foto

 

 

 


 

 

 

Son günlərdə DTX-nin keçirdiyi xüsusi əməliyyatlar nəticəsində bir çox dövlət qurumlarının səlahiyyətli şəxsləri saxlanılmışdır. İctimaiyyətin diqqətinə çatdırılan məlumatlardan bəlli olur ki,səlahiyyətlərindən sui-istifadə edən məmurlar,fəaliyyətləri zamanı xalqın rifahı naminə çalışmaq əvəzinə,rüşvətə üstünlük verərək korrupsioner məmura çevriliblər. Təbii ki,ölkə Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən DTX-nın keçirdiyi uğurlu əməliyyatlar,cəmiyyət arasında yüksək marağa səbəb olmuşdur.

 
Təəssüflə qeyd etmək istəyirik ki,ölkədə keçirilən bu cür əməliyyatlardan hələ də nəticə çıxarmayan məmurlarımız vardır. Belə ki,ötən bir neçə ay öncə DİN-i və Baş Prokurorluğun birlikdə keçirdiyi əməliyyat zamanı,Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin,Qəbələ regional meşə təsərrüfatının müdiri İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə saxlanılmışdır. Keçirilən əməliyyat zamanı böyük korrupsiya əməlləri aşkar edilmişdir
 

Bu gün isə diqqətinizə çatdıracağımız maraqlı məlumatlar,məhz yenə də Ekologiya və TəbiiSərvətlər Nazirliyinin,Lənkəran 1 saylı Ərazi Üzrə Ekalogiya və Təbii Sərvətlər şöbəsinin müdiri Rəfayıl Tahirov və Lənkəran regional meşə təsərrüfatının direktoru Şahin Cəfərov barəsində olacaq. Kanal14.az informasiya agentliyinin redaksiyasına sözügedən bölgədən xeyli sayda video faktlar daxil olmuşdur. Lənkaran,Lerik,Astara meşələrində hələ də ağac soyqırımı davam etdirilir.

Qəbələ regional meşə təsərrüfatının müdiri İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstənin başına gələnlərdən nəticə çıxarmayan,Lənkəran 1 saylı Ərazi Üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiri Rəfayıl Tahirov və Lənkəran regional meşə təsərrüfatının direktoru Şahin Cəfərov,bu cür qanunsuz əməlləri təkrar etməkdə görünür ki,güvəndiyi şəxslər Lerik dağları kimi hündür və cüssəlidir. Maraqlıdır, bəs görəsən bu şəxslər dövlətin qanunlarını bu qədərmi yüngül hesab edirlər ki,meşələrin açıq-aşkar məhv olunmasına şərait yaradırlar?

Lənkəran,Lerik və Astara meşələrindəki görüntülər hər kəsi təəccübləndirəcək-Video/Foto

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

Əlbəttə ki,bu sual heç də əbəs yerə verilmir. Redaksiyamıza,Həşimov Salman Qəhrəman oğlu tərəfindən,Lənkəran,Lerik və Astara meşələrindən qanunsuz olaraq böyük diametirli nəhəng ağacların məqsədyönlü şəkildə kəsilərək,məhv edildiyini əks etdirən video kadrlar təqdim etmişdir. Həmin dəhşətli mənzərənin kiçik bir hissəsini aşağıdakı video çarxda diqqətinizə çatdırırıq. Hesab edirik ki,bu məlumat dərc olunduqdan sonra aidiatı orqanlar dərhal sözügedən ərazilərdə ciddi yoxlamalar keçirib,bu cür cinayət xarakterli əməlləri həyata keçirən və iştirak edən hər kəsi məsuliyyətə cəlb edəcəklər. 


Nəzərinizə bir məlumatı da çatdıraq ki,S.Həşimovun sözlərinə görə Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevin göstərişinə əsasən,yaxın ay ərzində həmin bölgələrdə yoxlama keçirilmişdir. Nazir müavini Firdovsi Əliyevin rəhbərliyi ilə həyata keçirilən yoxlama,sadəcə sənəd üzərində hər bir ərazinin yoxlanıldığı və çox kiçik bir hissədə qanunsuzluqları qeydə almaqla kifayətləniblər. Təəssüflər olsun ki,bu cür səthi yoxlamalar aparmaqla, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə yalnış məlumat verərək,heç bir nəticə əldə edə bilməyəcəklər.
Yaxşı demiş atalar "yalanla oğurluq qırx gün çəkər” bu isə hələ son deyil. Növbəti buraxlışlarımızda "Qəhrəmanlarımız”- R.Tahirov və Ş.Cəfərovun Lənkəran,Lerik və Astara meşələrində qanunsuz əməlllərini diqqətinizə çatdıracağıq. Hazırda isə kəsilən ağacların böyük əksəriyyəti 13 saylıda və 17-ci dolay Verialiyabad meşəsində qeydə alınmışdır.   

P.S. Sözügedən ərazilərdə baş verənlər barədə məlumat əldə etmək üçün qarşı tərəflə telefon əlaqəsi yaratmağa çalışdıq. Təəssüflər olsun ki,Lənkəran 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdri R.Tahirovun iş otağının (025) 254 70 54  (012) 585 50 73 telefon nömrələrinə cavab veron olmadı.
Kanal14.az
Qarşı tərəfi dinləməyə hazırıq:
Lənkəran,Lerik və Astara meşələrindəki görüntülər hər kəsi təəccübləndirəcək-Video/Foto
Lənkəran,Lerik və Astara meşələrindəki görüntülər hər kəsi təəccübləndirəcək-Video/Foto
Lənkəran,Lerik və Astara meşələrindəki görüntülər hər kəsi təəccübləndirəcək-Video/Foto
Lənkəran,Lerik və Astara meşələrindəki görüntülər hər kəsi təəccübləndirəcək-Video/Foto
Lənkəran,Lerik və Astara meşələrindəki görüntülər hər kəsi təəccübləndirəcək-Video/Foto
Lənkəran,Lerik və Astara meşələrindəki görüntülər hər kəsi təəccübləndirəcək-Video/Foto
Lənkəran,Lerik və Astara meşələrindəki görüntülər hər kəsi təəccübləndirəcək-Video/Foto
Lənkəran,Lerik və Astara meşələrindəki görüntülər hər kəsi təəccübləndirəcək-Video/Foto

 



 

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər