Gündəm

 
 
 
 
 
 
 
 
Prezident İlham Əliyevin sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədi ilə "Yüksəliş” müsabiqəsi təsis edilib.

"Yüksəliş” müsabiqəsinin təsis edilməsinin üstünlüklərini "Report"a şərh edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, sərəncam müstəqil Azərbaycan dövlətinin gələcək taleyüklü məsələlərini həll edəcək yeni nəslin, kadr potensialının hazırlanması istiqamətində tam fərqli düşüncə və yanaşmadır.

Onun sözlərinə görə, Azərbaycan tarixində ilk dəfədir ki, kadr potensialını artırmaq üçün intellektualların müəyyən edilməsi müsabiqəsi təşkil olunacaq: "Bu, gələcəkdə Azərbaycan dövlətinin bütün sahələr üzrə inkişaf etdirilməsinə göstərilən Prezident qayğısının səlis ifadəsidir. Komissiyanın tərkibində yer alanların çoxu elm və təhsil sahəsində çalışan, hətta alimlik dərəcəsi alan intellektual şəxslərdən ibarətdir. İnanıram ki, müsabiqə komissiyası öz təcrübələrinə əsaslanaraq ölkəmiz üçün faydalı olacaq kadrları, mütəxəssisləri müəyyənləşdirə biləcəklər. Bu, Azərbaycanın sabahı qarşısında dövlətimizin bir məsuliyyətli vəzifəsidir”.

"Komissiyanın tərkibində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin də olmasından çıxış edərək belə düşünürəm ki, intellektualların müəyyən edilməsində yəqin ki, sınaq imtahanları da nəzərdə tutulacaq. Ehtimal edirəm ki, burada intellektual oyunlardan da istifadə oluna bilər. Bütün hallarda bu, faydalı işdir. Odur ki, sərəncam Azərbaycanın daha böyük cəhdlərdə inkişaf etdirilməsinə hesablanmış mühüm əhəmiyyətə malik addımdır” - deyə, komitə sədri İsa Həbibbəyli əlavə edib.

İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühasibat fakültəsinin dekanı Gəray Musayevə görə "Yüksəliş” müsabiqəsinin təsis edilməsi kadr islahatlarında yeni bir mərhələnin başladığını deməyə əsas verir: "Son 15 illik dövrdə Azərbaycanın iqtisadiyyatındakı inkişaf cəmiyyətin bütün sahələrində özünü göstərir. Bu inkişafın dayanıqlılığının təmin olunması resurslardan düzgün və səmərəli istifadə olunması ilə yanaşı, idarəetmə sisteminin də yaxşılaşdırılmasından asılıdır. Məsuliliyyətlilik, hesabatlılıq və peşəkarlıq kimi keyfiyyətləri özündə birləşdirən yaxşı idarəetmə sistemi, şübhəsiz yeni nəsil idarəçilərin həm yetişdirilməsini, həm də müəyyənləşdirilməsini, seçimini zəruri edir. Bu baxımdan, hesab edirəm ki, "Yüksəliş” müsabiqəsinin təsis edilməsi qeyd olunan istiqamətdə zərurətlərin qarşılanması istiqamətində atılmış önəmli bir addımdır”.

"Müasir dövrün yeni idarəetmə anlayışında hər hansı bir sahədə uzun illər işləmək, o sahədə texniki biliklərə malik olmaq rəhbər vəzifə tutmaq, idarəetmə sahəsində yüksəlmək üçün həlledici amil kimi qəbul olunmur. "Burada iradəçilik bacarığı və bilikləri əsas amil kimi çıxış edir”. İdarəçilik bacarığı və biliklərinə malik bu kadrlar arasından "şəffaflıq”, "layiqlik” və "bərabər hüquqluq” prinsipləri əsasında müsabiqə ilə perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və kadr ehtiyatı bankının yaradılması şübhəsiz kadr islahatlarında yeni bir mərhələnin başladığını deməyə əsas verir”, - G.Musayev vurğulayıb. 

Təhsil eksperti Kamran Əsədov isə "Report"a bildirib ki, adıçəkilən müsabiqənin təsis edilməsi ilə gələcəkdə həyata keçirilən hər hansı bir kadr islahatı zamanı birbaşa seçilmiş və ehtiyatda olan kadrlardan istifadə olunacaq: "Bu da kadr təyinatlarında mobilliyi, peşəkarlığı artıracaq. İdarəçilik məsələsində kadr bankı yaradılarkən yalnız hazırda ölkədə yaşayan intellektual şəxsləri yox, eləcə də dünyanın hər yerində yaşayan və çalışan, fərqlənən soydaşlarımızı da bu kadrlar sırasına daxil etməliyik. Azərbaycanda həyata keçirilən kadr islahatları, xüsusən də son dövrlər bir sıra nazirliklərə və qurumlara yeni nazirlərin, rəhbərlərin gətirilməsi göstərir ki, artıq Azərbaycanda bu işə başlanılıb. Əminəm ki, idarəçilik məsələsində kadr bankı yaradılması gənc kadrların sürətlə vəzifəyə təyin olunmasına və vəzifədə yüksəlməsinə gətirib çıxaracaq və bundan sonra "Yüksəliş” müsabiqəsi həyata keçirildikdən sonra daha bacarıqlı, intellektli, haqqı olan və güclü kadrların dövlətin idarəedilməsində iştirakının şahidi olacağıq”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğulayıb ki, dünyanın bir çox ölkələrində kadr ehtiyatı sistemi var: "Azərbaycan özündə olan təcrübəni ümumiləşdirərək müsbət xarici təcrübədən ən yaxşı nümunələri götürərək öz milli sistemini yaradır. Ölkəmiz inkişaf etdikcə idarəetmə kadrlarına olan tələbat da yüksəlir. Bu baxımdan bir tərəfdən istedadlı gənclərin potensialından istifadə etmək, digər tərəfdən isə kadr məsələsində şəffaflığı artırmaq üçün "Yüksəliş” müsabiqəsi tətbiq ediləcək. Müsabiqənin detalları dəqiqləşdirilir, ancaq gənc nəslə artıq onları həvəsləndirən, onların biliyinə, enerjisinə ehtiyac olduğunu bildirən bir mesaj verilir”. 

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər