mumtv.az
mumtv.az

"Survivor"u tərk edən Pərvizə türkiyəli məşhurdan XƏBƏRDARLIQ: Bu qızla nəbadə... - FOTO

8-05-2020, 13:11 42 dəfə baxılıb

Təxminən 1 ay əvvəl Türkiyənin TV8 kanalında yayımlanan "Survivor" yarışını gözlənilmədən tərk edən "Kobra" ləqəbli kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevə məşhur müğənni xəbərdarlıq edib.

Mumtv.az xəbər verir ki, Pərviz bu xəbərdarlığı onu yarışda ən çox dəstəkləyənlərdən olan Türkiyənin pop ulduzu Demet Akalından alıb.

Belə ki, dünya çempionumuzun üzvü olduğu "Ünlülər"dən kənarlaşdırılmasında əli olan komanda yoldaşı Aşkım da 2 gün əvvəl yarışı tərk edib. Koronavirus pandemiyası ilə əlaqədar karantin rejminə görə sərhədlər bağlı olduğu üçün Pərvizlə bir yerdə 5 iştirakçı yarışın keçirildiyi Dominikanda bir otelə yerləşdiriliblər. Vətənə qayıtmaq mümkün olmadığı üçün yarışı tərk edən bütün iştirakçılar oteldə çox vaxt bir yerdə vaxt keçirməli olurlar. Demet Pərvizə onun yarışdan kənarlaşdırılmasında əli olan Aşkımla kəlmə kəsməməyi tapşırıb:

"Pərviz, bu qızla qətiyyən danışma, nəbadə".








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA