Gündəm


Bu gün "DogruXəbər.az” informasiya agentliyinin redaksiyasına Şəki Pentensial müəssəsindən Məmmədov Vaqif Rəsul oğlu tərəfindən maraqlı məzmunda şikayət xarakterli ərizə daxil olmuşdur. Vətəndaş V.Məmmədov iddia edir ki,”Aqrolizinq” ASC-nin baş idarəsində texniki şöbənin müdiri Əsgərov Rövşən Veysəl oğlu,vəzifə səlahiyyətlərindən sui istifadə edərək "Lizinq”lə verilən texnikalar və avadanlıqlardan böyük məbləğdə rüşvət əldə etmişdir. Dəyərli izləyicilər,Məmmədov Vaqif Rəsul oğlunun redaksiyamıza unvanladığı ərizəni olduğu kimi diqqətinizə çatdırırıq.

Şəki Pentensial muəssəsindən cəza çəkən

Məmmədov Vaqif Rəsul oğlu tərəfindən

ƏRİZƏ

Hörmətli Baş Redaktot!

Yazıb Nəzərinizə Çatdırıram ki,mən Goranboy rayonu "AQROLİZİQ”in ASC-nin 2006-cı ildən 2011-ci il tarixinə qədər müdir vəzifəsində çalışmışam. Fəaliyyətim dövründə daim dövlətə və dövlətçiliyə laiqli xidmət etməklə yanaşı hər zaman sadiqlik nümaiş etdirmişəm. Lakin buna baxmayaraq Bakı şəhərində yerləşən "AQROLİZİNQ” ASC-nin baş idarəsinin texniki şöbənin müdri vəzifəsində çalışan Əsgərov Rövşən Veysəl oğlu,tutduğu yüksək vəzifə postundan sui-istifadə edərək mənə qarşı ciddi qanun pozuntularına yol vermişdir. Belə ki,hər ay müşavirə zamanı Əsgərov Rövşən məndən hədə-qorxu və tələbetmə yolu ilə mənim tabeçiliyimdə olan 44 ədəd kənd təsərrüfatı texnikası olan əkin "traktorlarından” hər birinə 30 manat almaqla əlavə "şapka” alırdı. Bundan başqa yenə 54 "kombayından” (taxıl biçən) hər birindən mövsümə uyğun olaraq 500 manat pul almışdır. Bundan başqa 2 ədəd "kamaz” markalı yük avtomobillərinə "AQROLİZİNQ”ə verilməsində əlavə "şapka” alaraq hər birindən 5000 manat pul almışdır. Eyni zamanda "AQROLİZİNQ”ə məxsus "QAZ-53” markalı yanacaq doldurma avtomobillərindən hər birinə 2000 manat pul almışdır. Bundan əlavə yenə dövlət tərəfindən "AQROLİZİNQ”ə verilmiş kiçik tutumlu "QAZEL” markalı avtomobillərdən iki ədəd olmaqla hər birindən əlavə 2000 manat "şapka” alırdı. Amma qeyd edim ki,yuxarıda qeyd etdiyim texnikalar dövlət tərəfindən tam təmənnasız "AQROLİZİNQ”ə verilməsinə baxmayaraq Əsgərov Rövşən Veysəl oğlu öz qanunsuz çirkin əməlləri ilə qeyri-qanuni məndən qeyd etdiyim bütün avtomobillərə "şapka” alırdı. Bəs maraqlıdır bu çirkin pullar kimin cibinə gedirdi? Ən biabırçı hal bundan ibarətdir ki,dövlətimizin başçısı cənab İlham Əliyevin göstərişi və tövsiyyəsi əsasında əhaliyə güzəştli gübrənin verilməsində Ə.Rövşən təkrar kobud qanun pozmaqla,vəzifə səlahiyyətlərini aşmaqla əhaliyə paylanması üçün nəzərdə tutulmuş gübrənin 50kq olmaqla bir kisəsindən əlavə 0.40 qəpik

məndən təkrar tələbetmə yolu ilə pul alırdı. Təəssüflə qeyd etmək istəyirəm ki,zamanında mən onun tabeçiliyində olduğum üçün onun "çaldığı havaya oynamağa” məcbur idim. Bundan azmış kimi Ə.Rövşən hətta ailəsinin ət,balıq,toyuq və kənd təsərrüfatı məhsullarını hər ay olmaqla mənə ödətdirirdi. Onuda qeyd edim ki,tabeçiliyində olan bütün texnikaların ehtiyat hissələrini yəni "akumilyatorları,mator yağını” və digər ehtiyat hissələri "AQROLİZİNQ”in baş idarəsi tərəfindən tam təmənnasız verilməsinə baxmayaraq Ə.Rövşən bunlardan istifadə edərək həmin ehtiyat hissələrin pulunu məndən "qəpiyə-qəpik” alırdı. Odur ki,qeyd edim bütün fəaliyyətim dövründə tabeçiliyində olan bütün texnikaların,gübrənin dövlət rüsumunu vaxtı-vaxtında 100% ödəyirdim. Buna Baxmayaraq mənim zəifliyimdən sui-istifadə edən Ə.Rövşən göstərdiyim bütün xərcləri öz şəxsi maraqları naminə istifadə edirdi. Odur ki,çox xahiş edirəm ki,ərizəmdə göstərdiyim Ə.Rövşənin çirkin və qaranlıq rüşvətxor əməllərini rəhbərlik etdiyiniz xəbər agentliyində işıqlandırıb,dövlətimizin başçısı cənab İlham Əliyevin şəxsən diqqətinə çatdırasınız. Bu çox haqsızlıqdır,ədalətsizlikdir!

Əvvəlcədən sizə təşəkkür edirəm.

Hörmətlə Məmmədov Vaqif Rəsul oğlu

P.S redaksiyamız məsələya aydınlıq gətirilməsi üçün qarşı tərəflə telfon əlaqəsi saxladı telefon zəngimizə cavab verən Rövşən Əsgərov məsləyə munasibət bildirməsini imtina etdi

DogruXəbər.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər