Gündəm

Məcburi köçkünlərin məskunlaşdığı poliklinikada yanğın

 

 

 

 

 

 

 

Bu gün saat 11 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fətəliyev 78 ünvanında yerləşən köhnə poliklinika binasının ikinci mərtəbəsində yanğın baş verib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən dərhal söndürülüb baş verdikdən dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi, miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin müdiri və komitənin yerli nümayəndəliyi və Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb, dəymiş zərər araşdırılıb.

Qeyd edilən ünvanda, əsasən Cəbrayıl rayonundan 40 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində üç mətbəx, yanğının söndürülməsi zamanı isə dəhlizin tavanına ziyan dəyib. Mətbəxinə ziyan dəymiş üç ailə ilə aparılan söhbət nəticəsində onlara kirayə mənzildə yerləşmək təklif olunub. İki ailə təklifi qəbul edib: "Təəssüflə qeyd edirik ki, məcburi köçkünlərlə komitənin əməkdaşlarının apardığı söhbətdən sonra özünü "Azad söz" adlı sosial şəbəkə üzərindən fəaliyyət göstərən media təmsilçisi kimi təqdim edən Fatimə Mövlamlı və Əvəz adlı şəxslər hadisə yerinə gələrək məcburi köçkünləri hüquqa uyğun olmayan hərəkətlər etməyə, yolu bağlamağa və aksiya keçirməyə çağırıb. Dövlət Komitəsi KİV nümayəndələrinin bu cür qeyri-obyektiv hərəkətlərini qınayır və onları diqqətli olmağa çağırır”.

Qeyd edilib ki, yanğın nəticəsində dəymiş ziyan aradan qaldırılana kimi iki ailə Dövlət Komitəsi tərəfindən kirayə mənzillərə yerləşdiriləcək.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər