Gündəm
Gündəm
Qatarlara bilet satışında dəyişiklik edildi
Azərbaycan daxilində hərəkət edən qatarlara bilet satışı qaydalarına dəyişiklik edilib.
Bu bardə "AzerTaym.az"-a "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən məlumat verilib.
Yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 gün deyil, 30 gün qalmış əldə edə biləcəklər:
"Dəyişiklik bilet satışının təkmilləşdirilməsi, sərnişinlərin biletləri daha rahat və tez almasını təmin etməyə xidmət göstərir. Bilet satışında yeni qayda yanvarın 23-dən tətbiq olunacaq”