Gündəm

Putinin yeni təyin etdiyi nazirlər... - Cəmi bir qadın var - FOTO

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin yeni hökumətin tərkibini təsdiqləyib.

Kanal14  qafqazinfo-ya istinadən xəbər verir ki, illərdir hökumətdə fəaliyyət göstərən bəzi nazirlərin yeni tərkibdə qalıb-qalmayacağı sual altında idi. Bunlardan biri 2004-cü ildən Xarici İşlər Nazirliyinə rəhbərlik edən 69 yaşlı Sergey Lavrovla bağlı idi. Hətta o, Dmitri Medvedevin rəhbərlik etdiyi hökumət yanvarın 5-də istefaya getdikdən sonra jurnalistlərin ona vəzifə alıb-almayacağı barədə ünvanladığı suala cavabında heç bir fikri olmadığını bildirmiş, bugünə qədər gördüyü  işləri şərh edərək vəzifəsini həmişə vicdanla yerinə yetirdiyini söyləmişdi. Ötən gün açıqlanan siyahıda Lavrovun yenə də XİN rəhbəri kimi vəzifəsini yerinə yetirəcəyi məlum olub.

Dövlətin önəmli strukturlarından birinə - Müdafiə Nazirliyinə rəhbərlik edən Sergey Şoyqu da postunu itirməyib. Belə ki, 2012-ci ildən Müdafiə naziri olan 64 yaşlı Şoyqu vəzifəsini eynilə icra edəcək.

2012-ci ildən Daxili İşlər naziri olan 58 yaşlı Vladimir Kolokoltsev də Putinin fərmanı ilə yeni tərkibdə qalıb.

Energetika naziri Aleksandr Novak da öz postunda qalıb. Qeyd edək ki, 48 yaşlı Novak 2012-ci ildən sözügedən vəzifəni icra edir.

Nəqliyyat naziri Yevgeni Ditrix (2018-ci ildən), Sənaye və Ticarət naziri Denis Manturov (2012-ci ildən), Təbii Resurslar və Ekologiya naziri Dmitri Kobılkin (2018-ci ildən), Kənd Təsərrüfatı naziri Dmitri Patruşev (2018-ci ildən),  İnşaat, Mənzil və Kommunal Xidmətlər naziri Vladimir Yakuşev (2018-ci ildən), Mülki Müdafiə, Fövqəladə Hallar və Fəlakətlərin İdarə edilməsi naziri Yevgeni Ziniçev (2018-ci ildən), Uzaq Şərq və Arktikanın inkişafı naziri Aleksandr Kozlov (2018-ci ildən), Maliyyə naziri Anton siluanov (2018-ci ildən) yenə də hökumətin tərkibində təmsil olunacaqlar.

Bundan əlavə, dövlət başçısının fərmanına əsasən, bir neçə quruma yeni rəhbərlər təyin edilib.

Mədəniyyət naziri postuna 40 yaşlı Olqa Lyubimova təyin olunub. O, bu təyinatına qədər Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsini icra edib.

Rəqəmsal İnkişaf, Telekommunikasiya və Kütləvi İnformasiya Vasitələri naziri postuna Maqsud Şadayev gətirilib. 1979-cu il təvəllüdlü Şadayev "Rostelecom" Rəqəmsal platformalar üzrə vitse-prezident işləyib.

Səhiyyə Naziri postuna Mixail Muraşko təyin edilib. Bu təyinatına qədər "Roszdravnadzor"a (Səhiyyə Nəzarəti Federal Xidməti") rəhbərlik edib.

45 yaşlı Sergey Kravtsov Təhsil naziri təyin olunub. Yeni vəzifəsinə qədər "Rosobrnadzor"a ("Federal Təhsil və Elm Nəzarəti Xidməti")a rəhbərlik edib.

1964-cü il təvəllüdlü Oleq Mattısın İdman naziri vəzifəsinə gətirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postuna 1980-ci il təvəllüdlü Anton Kotyakov gətirilib.

40 yaşlı Maksim Reşetnikov İqtisadi İnkişaf naziri təyin edilib.

Ədliyyə naziri vəzifəsinə 54 yaşlı Konstantin Çuyçenko, Elm və Ali təhsil naziri postuna isə 41 yaşlı Valeri Falkov təyin olunub.

Son xəbərlər

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

Bütün xəbərlər