Gündəm

 Bakı zooparkının açılış tarixi bəlli oldu

 

 

 

 

 

 

Paytaxtda turistlər və sakinlərin ən çox üz tutduğu yerlərdən biri olan Bakı Zooparkındakı tikinti işləri yay aylarının sonunda istifadəyə veriləcək.

Mumtv bunu "baku.ws"-ə Bakı Zooloji Parkının tikinti layihə rəhbəri Ramin Vəliyev bildirib. Onun sözlərinə görə, Bakı Zooparkı yerlə bir sökülüb və yenidən tikinti işləri aparılıb:

"Bildiyiniz kimi Bakı Zooparkı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən tikilir. Biz yenidənqurma işləri ilə məşğuluq. Bakı Zooparkı yerlə bir söküldü və yenidən tikinti işləri aparılır.

Yay aylarının sonunda zoopark hazır olmalıdır. Hazırda layihələndirmə işləri gedir. Dünya zooparkları ilə işlər aparılır, hamısında nümayəndələrimiz olub. Bakı Zooparkı heç birinin oxşarı və təkrarı olmayacaq. Təbii təcrübə kimi beynəlxalq standartlardan istifadə olunur. Keçmiş zooparkdan heç nə qalmayıb və yenisi çox gözəl görkəmdə olacaq. Ərazisi də 4,5 hektar olub.

Əvvəl heyvanların saxlanma yeri az idi, indi bu, daha çox olacaq. Amma dəqiq sayı demək mümkün deyil. Biz Avropa Heyvanlar Assosasiyasına daxil olmaq istəyirik. Ora daxil olandan sonra heyvanlar mübadiləsi gedir. Amma əlavə valierlər tikilir ki, gələcəkdə heyvanların sayı artırılsın”.

Layihə rəhbəri həmçinin deyib ki, Zoopark ərazisində həm də 60 uşağın iştirak edə biləcəyi seminar zalı da fəaliyyət göstərəcək: "Yeni zooparkın içində uşaqlar və turistlər üçün yeni restoranlar, əyləncə mərkəzləri fəaliyyət göstərəcək. Bunlar barədə ətraflı danışa bilməsək də, amma yeni zoopark olduğundan iki dəfə böyüyəcək və çox maraqlı olacaq. Zoopark ərazisində həm də 60 uşağın iştirak edə biləcəyi seminar zalı da fəaliyyət göstərəcək.

Yeni zooparkda biz insanların yerini məhdudlaşıdırıb, heyvanların yerini genişləndirmişik. Əvvəllər heyvanlar qəfəslərdə və bağlı bir məhdud yerə idi, insanlar isə açıq yerdə idi. İndi tamamilə fərqlidir, insanların yeri məhduddur, macəra körpümüz var. Sürpriz olsun deyə bunlar barədə ətraflı danışmırıq. Elə şərait qurulub ki, heyvanlar açıq bir şəkildə təbiətə uyğun yaşasın.

Yeni zooparkın tikintisi başa çatdıqdan sonra heyvanları yenidən məkana qaytarmaq və yerləşdirmək 1-2 ay müddət çəkəcək. Heyvanlar ilkin mərhələdə zooparkda adaptasiya prosesi keçəcək. Daha sonra yeni zooparkda mümkün qüsur və çatışmazlıqların aradan qaldırılmasına baxacağıq. Bu proses tam başa çatdıqdan sonra zoopark istifadəyə veriləcək”.

Son xəbərlər

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

Bütün xəbərlər