Gündəm

İcra başçılarını Zeynəb Xanlarovanın qudasının aqibəti gözləyir - İDDİA
 
Son vaxtlar Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olan əsas mövzulardan biri də yerli icra hakimiyyətləri başçılarının fəaliyyətidir; xüsusilə Goranboy və Yevlax rayonlarının keçmiş icra başçılarından birinin iş başında, digərinin isə vəzifəsindən azad edildikdən cəmi bir neçə həftə sonra korrupsiya və rüşvətxorluqla bağlı həbsi mövzunun aktuallığını daha da artırıb.

"Unikal” qəzeti yazır ki, Azərbaycanda rayon rəhbərləri əhalinin ən çox narazı olduğu post sahiblərinin başında gəlir, onlar vətəndaşların şikayətlərini dinləyib problemlərini həll etmək əvəzinə əsasən sakinlərdə giley-güzarın ön plana çıxmasını şərtləndirirlər. Bu da ölkədə geniş vüsət alan kadr və struktur islahatları fonunda qarşıya qoyulan strateji hədəflərə daha tez və effektiv çatmaq baxımından arzuedilən sayıla bilməz. Odur ki, cəmiyyətin gözləntisi icra başçılarının fəaliyyətində də ciddi müsbət dəyişikliklərin müşahidə edilməsi yönündədir.

Hesab edilir ki, Goranboyla Yevlaxın eks-icra başçılarının – Nizaməddin Quliyev və Qoca Səmədovun həbsi bu yöndə hakimiyyətin digər rayon rəhbərlərinə ciddi siqnalıdır. Onlar vəzifələrinin büdcə talançılığına yol vermək, rüşvət almaq, vəzifə səlahiyyətlərindən istifadə edərək müxtəlif özbaşınalıqlara qol qoymaq, məsələn, sahibkarları incitmək, vətəndaşları məmur qapılarında süründürmək nəhayət ki, başa düşməlidirlər.Eyni zamanda bu da deyilir ki, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri də rayon icra hakimiyyətlərinin rəhbərləri üçün önəmli test kimi qiymətləndirilir. Ötən illərdə keçirilən seçkilərin təcrübəsindən məlumdur ki, bir sıra hallarda icra başçıları seçkinin nəticələrinə birbaşa təsir etmək üçün qanunsuz təşəbbüslər göstərirlər. Belədə isə həmin nəticələr gərəksiz yerə istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda gərəksiz polemika mövzusuna çevrilir, seçkilərin demokratikliyini və ədalətliliyini şübhə altına almaq istəyənlərin əlinə bəhanə verir.
İcra başçılarının bu özfəaliyyəti adətən, seçkilərin predmetindən (parlament və ya bələdiyyə) asılı olmayaraq, müxtəlif maraqlara xidmət edir. Yenə ötən illərin təcrübəsi göstərir ki, bir sıra hallarda icra başçıları onlara "görüm-baxım" edən, yaxud özlərinə yaxın şəxsləri yerli özünüidarəetmə orqanlarına yerləşdirmək üçün seçki prosesinə qanundankənar müdaxilələrdə maraqlı olurlar.

Və ya: hər hansı dairədən hakimiyyətin namizədinin qələbəsi şübhə doğurmadığı təqdirdə belə seçkinin nəticələrinə təsir etmək üçün irəli atılır, bununla da rəqiblər üçün həmin nəticələrə şübhə ilə yanaşmaqdan ötrü istər-istəməz zəmin hazırlamış olurlar. Məqsədləri də aydındır: millət vəkili seçiləcək iqtidar namizədinin bəri başdan xoşuna gəlmək məqsədilə canfəşanlıq göstərmək! Ya da elə bir mənzərə yaratmağa çalışmaq ki, guya onun rəhbərlik etdiyi rayonda hakimiyyətin namizədinin xeyrinə daha çox səs toplanır, bunun da səbəbi odur ki, camaat həmin rayonun rəhbərliyinin fəaliyyətindən çox razıdır. Sonucda isə yuxarıda da vurğuladığımız kimi, keçirilən seçkilərin nəticələri gərəksiz polemika, lazımsız mübahisə və müzakirə mövzusuna çevrilir.

Kiçik bir xatırlatma: uzaq 1999-cu ildə keçirilən bələdiyyə seçkilərindən qısa müddət sonra Yasamal rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı Arif Ağayev vəzifəsindən azad edilmişdi. 1993-cü ilin avqustunda həmin posta təyinat alan Ağayevin "vurulmasında" həlledici səbəb məhz onun bələdiyyə seçkilərinə aşkar müdaxiləsi idi. Onun bu qanunsuz müdaxilələrinin miqyası o qədər böyük idi ki, hətta sabiq rayon rəhbərinin həbsi məsələsi belə gündəmə gəlmişdi. Lakin Ağayev bu ciddi başağrısından ucuz qurtula – yalnız icra başçısı postunu itirməklə canını qurtara bilmişdi. Əlbəttə ki, tanınmış müğənni və deputat Zeynəb Xanlarovanın sayəsində! Belə ki, Xanlarovanın qudası olması Ağayevə düşdüyü ağır vəziyyətdən minimum itki ilə çıxmağa imkan verdi.

Bunu təsadüfi olaraq xatırlatmırıq. Məsələ burasındadır ki, qarşıdan gələn növbədənkənar parlament seçkiləri icra başçıları üçün də bir sınaq olacaq. Yəni bu prosesə öz səlahiyyətlərindən kənar şəkildə, qeyri-qanuni olaraq müdaxilə edən və ya etməyə çalışan icra başçılarını korrupsiya və rüşvətxorluğa görə qandallanan rayon rəhbərlərinin aqibəti gözləyə bilər. Ən azından həmin icra başçılarının öz postlarını itirmək təhlükəsi ilə qarşı-qarşıya qala biləcəyi şübhə doğurmur. Elə bu baxımdan da növbədənkənar parlament seçkisinin kifayət qədər maraqlı bir prosesə çevrilməsi və seçki bitəndən sonra da eyni dərəcədə maraqlı sürprizlərə yol açması gözləniləndir. Odur ki, rayon rəhbərlərinin qarşıdakı dövrdə öz addımlarını atarkən "yüz ölçüb bir biçməyə" ciddi ehtiyacları var. Əks halda sonra çox gec ola bilər...

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər