mumtv.az
mumtv.az

Qobustanda mülk üstündə bacı və qardaş bıçaqlandı - MƏHKƏMƏ

Qobustanda mülk üstündə bacı və qardaş bıçaqlandı - MƏHKƏMƏ
10-01-2020, 17:10 12 dəfə baxılıb

 Qobustanda mülk üstündə bacı və qardaş bıçaqlandı - MƏHKƏMƏ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 

Qobustanda qardaş və bacısını bıçaqlamaqda təqsirləndirilən Famil Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Kanal14  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası yanvarın 15-nə təyin edilib. 

 

Hadisə ötən il Qobustanda baş verib. Rayon sakini, 1963-cü il təvəllüdlü Qurbanov Famil Bəybala oğlu onun evində qonaq olan bacısı, 1966-cı il təvəllüdlü Məlahət Yadigarova ilə qardaşı, 1959-cu il təvəllüdlü Kamil Qurbanovu bıçaqlayıb.

M.Yadigarova döş qəfəsi və sağ bud nahiyəsi, Kamil Qurbanov isə qarın boşluğu və sol bud nahiyəsindən xəsarətlər alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Hadisəni törədən şəxs saxlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Bakıdan gələn bacı-qardaş atalarından qalan mülkü bölüşdürmək üçün rayona, Famil Qurbanovun evinə gediblər. Burada mülk məsələsi üstündə tərəflər arasında narazılıq yaranıb. Nəticədə, F.Qurbanov bıçaqla bacı-qardaşına hücum edib

oxu.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA