Gündəm

2020-ci ilin simvolu - Siçanlar haqda bilmədiklərimiz...
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
Adətən, siçanlar xoşagəlməz, insanlarda ikrah hissi oyadan gəmirici heyvan sayılır. Onların ölçüsü 8 santimetrdən 30 santimetrə qədər ölçüyə malikdir.

"MUMTV.az" xəbər verir ki, bioloqlar bu gəmiricinin 70-ə qədər növünün olduğunu müəyyən ediblər. Onlar arasında ən geniş yayılmışı boz siçanlardır. Məhz boz siçanlar evlərin zirzəmisində, yollarda və baxımsız yerlərdə rastımıza çıxır. Bozla yanaşı, qara siçan da tez-tez insanların rastına çıxır. Qara siçanların özəlliyi onların nisbətən kiçik qabaritlərə malik olması və quyruqlarında tükün olması ilə bağlıdır.

İsti sevən olduğu üçün qara siçanlar adətən Afrika, Asiya və Cənubi Amerika ölkələrində rast gəlinir.

Siçan qidalanmaq üçüx xüsusi şərtlər seçmir. Onlar qoz-fındıq, bütün meyvə-tərəvəz növlərini yeyirlər. Maraqlıdır ki, siçanların görmə qabiliyyəti zəifdir və bu çatışmazlığı onların kəskin iybilmə və eşitmə qabiliyyətləri kompensasiya edir.

Siçanlarla bağlı mənfi rəy təkcə onların görünüşü ilə deyil, həm də onların vəba və s. yoluxucu xəstəliklərin daşıyıcısı olması ilə bağlıdır. Belə ki, 1337-ci ildə məhz siçanlar Avropada "qara ölüm” adını almış vəba epidemiyasını yaymışdılar. Bir neçə il ərzində Avropa əhalisinin 3/1 hissəsi (20-25 milyon insan) bu xəstəliyin qurbanı olmuşdu. Həmin vaxtdan siçanlara həm də ölüm mənbəyi kimi də baxırdılar.

Siçovul kimi oxşar gəmiricidən siçanlar öz ölçüləri ilə seçilir. Siçanların ölçüsü maksimum 15-20 sm-a çatır. Bundan başqa, siçanlar daha kiçik qabaritlərə malik olduğu üçün siçovullar qədər əzələ kütləsinə və gücə malik deyillər.

Bu gəmiricilər az yaşayır. Onların ömrü 2-3 il sürür. Amma buna baxmayaraq, onlar çoxlu bala verirlər. Dişi siçan hər 2 aydan bir balalaya bilir. Yüksək təbii artımına görə hazırda dünyada siçanların dəqiq sayını müəyyən etmək problematikdir.

Siçanların əsas düşməni itlər, pişiklər, bayquşlar və iri quşlar hesab olunur. Maraqlı bir detal ev və çöl siçanlarının ömür uzunluğu ilə bağlıdır. Belə ki, daim qida ilə təmin olunan və vəhşi heyanlardan qorunmaq ehtiyacı hiss etməyən ev siçanları çöl siçanlarından daha çox ömür sürür. /Modern.az


Son xəbərlər

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Bütün xəbərlər