Gündəm

Prezidentin ad günündə açılışını etdiyi evin qapalı bölgüsü Əlil və şəhid ailələrinin mənzil təminatında korrupsiya şübhəsi
 
Teref.az-a göndərilən məqalə belə başlayır: Əlil və şəhid ailələrinin mənzil-məişət problemlərinin çözülməsi dövlətin prioritetlərindən sayılır və qanunla tənzimlənir . Sözügedən aztəminatlı ailələr mənzil yiyələri olmaq üçün qeydiyyatda olduqları şəhər -rayon icra hakimiyyətində mənzil növbəsinə götürülür və ƏƏSMN tərəfindən növbəliliklə mənzillə təmin olunurlar . İnsafən , nazirlik son 5-6 aldı bu sahədəki neqativ hallara son qoyub . Mənzil təminatında başlıca problem yaradanlar yenə də rayon icra hakimiyyətləri və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir (DƏDRX) . RİHlər on minlərlə manat qarşılığında istənilən əlil, şəhid ailəsini DƏDRX-nın eyni rüşvət-korrupsiya arayışı ilə növbəyə götürüb , hətta növbəni də rüşvət qarşılığında irəli çəkirlər . ƏƏSMN isə bu halları yoxlamır , ona daxil olan növbə siyahısını əsas tutur . Maraqlıdır , elektron əlillik təyinatında tibb müəssisəsinin , hətta Mərkəzi Hərbi Klinikanın arayışını "ekspert rəyi” ilə saxta çıxaran ƏƏSMN , ev növbəliliyinin saxtalığını niyə yoxlamır ? Eyni zamanda , ƏMDK yanında DƏDRX rüşvət qarşılığında saysız-hesabsız əmlakı , villaları olanlara adlarında əmlak olmaması haqqında arayış verirsə , onda həqiqi mənzil ehtiyacı olanların uzun illər növbələrdə "qocalıb ölmələri”nin səbəbi məlum olur . " Jurnalistlər evi”nin timsalında DƏDRX-nın arayışlarının mənzil bölgüsündə əhəmiyyət daşımadığı ortaya qoyulub. Mənzil təminatının elektronlaşdırılmaması əmlak , icra hakimiyyəti orqanlarının rüşvətxorluğuna hesablanıb .

Daha sonra teref.az-a yazan məqalə müəllifi yazır, dekabrın 24-də Prezident Nizami rayonunda əlil və şəhid ailələri üçün beş il ərzində tikilən 96 mənzilli yaşayış binasının açılışını etdi və. .. cəmi 5 nəfərə mənzil hədiyyə edildi . Qalan 91 nəfərin kimlikləri isə gizlədilir . Belə gizlilik isə rüşvət -korrupsiya şübhələrinə yol açır . Necə olur , Bakıdan kənarda hətta bircə mənzil veriləndə televiziyalar çəkib göstərir , amma şəhərin içində beş ildə bir ev tikilib və 96 mənzil yiyəsindən 91-i üzə çıxmır! ? Bu, həm də Prezidentin öz ad günündə əlil və şəhid ailələrinə mənzil paylaması ənənəsini urvatdan salmaqdır . 91 mənzil yiyəsinin gizlin saxlanılması ƏƏSMN yanında DSMF-in şöbə müdiri Vüqar Behbudovun "sosial mənzil siyasəti”nin əsas prinsiplərindəndir . ƏƏSMN təmsilçiləri bu gizliliyi açsalar , ev alanların çoxunun bir neçə mənzil , hətta villa yiyələri olmaları üzə çıxacaq , deputatdan tutmuş jurnalistlərə kimi dövlətin ev verdiyi şəxslərin adları açıqlanacaq . Bu açıqlama isə əlil və şəhid ailələrinə mənzil verilməsinə də ləkə salan ƏƏSMN təmsilçilərinə sərf eləmir .

Evsiz müharibə əlilləri
Qeyd: DSMF-nin saytına axtarış versəniz siz ev növbəsinə duranların ancaq 2014-5 ilə qədər olanlarının siyahısını görərsiniz ki, bu da sabiq nazirdən qalan "yadigar"dır. Görəsən yeni gələn nazirimiz və onun yenilənmiş aparatı nədən siyahıları gizlədir?
Teref.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər