Gündəm

 

 

 

 

 

 

 

 

 

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Təhsilin inkişaf strategiyası: Nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans keçirilib.

 

Kanal14 APA-ya istinadla xəbər verir ki, konfransda çıxış edən YAP icra katibi-sədr müavini Əli Əhmədov dekabrın 23-də bələdiyyə seçkilərinin keçirildiyini, YAP-ın da seçkilərdə namizədləri ilə iştirak etdiyini söyləyib.

 

Ə. Əhmədov deyib ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə və partiyanın müşahidəçilərinin verdiyi məlumatlara əsasən, YAP-ın namizədlərinin əksəriyyəti yenidən bələdiyyələrdə təmsil olunmaq üçün mandat əldə edəcəklər: "Mən YAP və YAP-ın namizədlərini əldə etdikləri qələbə münasibəti ilə təbrik etmək istəyirəm”.

 

YAP icra katibi qeyd edib ki, xalqlar yalnız elm və təhsil sayəsində inkişafa nail ola biliblər: "Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, insan kapitalının inkişaf etdirilməsi həyata keçirilən siyasətin qayəsini təşkil edir. Son illər təhsilin inkişafı ilə bağlı böyük layihələr həyata keçirilib, məktəblər tikilib, təhsilin məzmununun yüksəldilməsi istiqamətində addımlar atılıb. Biz inanırıq ki, təhsilin inkişafı iqtisadiyyatın inkişafının əsasını təşkil edəcək. İnanıram ki, təhsil işçiləri bu sahədə səylərini əsirgəməyəcəklər”.

 

Ə. Əhmədov nəzərə çatdırıb ki, konfransın keçirilməsinin təsadüf etdiyi 24 dekabr tarixi həm də Prezident İlham Əliyevin doğum günüdür:

 

"Azərbaycanın inkişafı, iqtisadi uğurlar, sosial layihələrin həyata keçirilməsi, ölkənin dünyada müasir imicinin, insanlarda gələcəyə ümidin formalaşması, ordunun gücləndirilməsi və digər nailiyyətlər Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini həyata keçirməsinin real təzahürüdür. İnsanlar aydın dərk edirlər ki, Azərbaycanın gələcəyi Heydər Əliyev siyasəti və Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi ilə bağlıdır.

 

Ona görə də insanlar Prezident İlham Əliyevi sevirlər. Mən Prezident İlham Əliyevi konfrans iştirakçıları adından təbrik edir, ona yeni-yeni uğurlar arzulayıram. Xalqımız xoşbəxtdir ki, onun Prezident İlham Əliyev kimi lideri var. YAP da xoşbəxtdir ki, onun İlham Əliyev kimi sədri var”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər