Gündəm

 “Rüşvət və korrupsiyaya bulaşmış məmurlar…” – Musa Musayev
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

"Bu hadisə bütün icra başçılarına və məmurlara dərs olmalıdır. Onlar bilməlidirlər ki, cinayət cəzasız qalmır”. 

Bu sözləri Yenisabah.az-a Naftalanın keçmiş icra başçısı, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev, müavinləri Ramiz Tatarovla Lalə Eyyubova və Yevlaxın keçmiş icra bşaçısı Qoca Səmədovun həbsinə münasibət bildirərkən deyib.

Musa Musayev əlavə edib ki, proses davam edəcək. "Kimlər bu cür qanunsuz əməllərlə məşğul olursa, cəzalandırılacaq. Prezident özü də dəfələrlə bildirib ki, rüşvət və korrupsiyaya bulaşmış məmurlar barəsində sərt tədbirlər görüləcək. Lakin görünür, bəzi məmurlar yenə də keçmiş işlərindən əl çəkmək istəməyiblər. Nəticə göz qabağındadır. İndi digər icra başçıları və digər məmurlar bu həbslərdən ibrət götürməlidirlər.

Mən təəssüf edirəm ki, icra başçısı vəzifəsində çalışan şəxs bu cür işlərlə məşğul olub. Belə halları qınayıram. Çünki bu cür çirkin işlər dövlətin adına xələl gətirir”, - deyə YAP funksioneri vurğulayıb.

Musa Musayev Nizaməddin Quliyevlə Ramiz Tatarovun YAP-çı olduğuna diqqət çəkərək bildirib ki, hakim partiyada da islahatlara ehtiyac var: "Mən hələ Baş nazir dəyişəndə müsahiblərimdə, o cümlədən sosial şəbəkədəki yazılarımda vurğulayırdım Nazirlər Kabineti ilə yanaşı Prezident Admnistrasiyasında, Milli Məclisdə və YAP-da islahatlara ehtiyac var. 

Nizaməddin Quliyev və onun müavini YAP-çıdır, partiyada vəzifə tutublar. Hələ dünən YAP-ın Sabirabad təşkilatının sədri ilə bağlı da nəsə mənfi bir xəbər getmişdi. Bunlara diqqət edilməli, partiyada islahatlar aparılmalıdır”.

Keçmiş icra başçısı qeyd edib ki, yerli icra orqanlarının rəhbərləri həmişə vətəndaşların xidmətində dayanmalıdır: "İcra başçısının qəbul günü olmamalıdır. Vətəndaşlar istədiyi vaxt onunla görüşüb problemlərini deyə bilməlidir. Gedin Naftalana araşdırın, yaxud orada yaşayan kiməsə zəng vurun, görün mənim barəmdə necə danışırlar. Mən orada icra başçısı olarkən xidməti maşından istifadə etməmişəm. Həmişə işə piyada getmişəm. Camaatla da küçələrdə görüşmüşəm. 

Ora təzə gələndə yerli əhali mənə dedi ki, burada yuyat yeri yoxdur. Camaat ölüsünü küçədə yuyur. Buna görə də uşaqlar həyətə düşməkdən qorxur. Mən orada yuyat yeri və kiçik bir məscid tikdirdim. Yəni, deməyim odur ki, icra başçısının ilk işi vətəndaşları narahat edən problemlərlə maraqlanmalı və tədbir görməlidir. Vəzifəyə qazanc yeri kimi baxmamalıdır”.

Son xəbərlər

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Taksi sayına məhdudiyyət qoyulması sıxlığı azaldacaq? - AÇIQLAMA

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Zaur Mikayılov onları özünə müşavir təyin etdi

Məhkəmə Anar Məmmədlini ev dustaqlığına buraxmadı

İlham Əliyev və Rumen Radev arasında Bəyannamə imzalandı

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

Azərbaycanda bu imtahanlar elektron formatda keçiriləcək

Şans bu gün sizin tərəfinizdədir - BÜRCLƏR

Bakı metrosunda iş rejimi dəyişdirilir

Bu gün Paşinyan Moskvada Putinlə görüşəcək

Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi - FOTO

Azərbaycan bu ölkə ilə birgə silah istehsal edəcək

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu

İsraili hər zaman dəstəkləyəcəyik - Bayden

Nazirlik hər kəsə 200 AZN verir? - AÇIQLAMA

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Bütün xəbərlər