Gündəm

Sosial Tədqiqatlar Mərkəzinin analitik hesabatı dərc edilib
 
 
 
 
 
 
 
 
 
 
 

 

 
 
 
 
 
 
 
 

 
 

Sosial Tədqiqatlar Mərkəzinin "Azərbaycan Barometri” jurnalının xüsusi oktyabr sayında "Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinə dair analitik hesabat”ı dərc edilib.


MUMTV.az saytı bildirir ki, hesabatın icmalında qeyd edilir, inkişafın yeni mərhələsindən Azərbaycanda təhsil sistemində köklü islahatların aparılması strateji məsələ kimi dövlət siyasətinin daima diqqət mərkəzində olub.


2012-ci ildə ölkə Prezidentinin müvafiq sərəncamına əsasən o zamankı TQDK-nın Əsasnaməsində dəyişiklik edilməklə, monitorinq imtahanlarının keçirilməsi onun vəzifələrinə daxil edilib. 


2015-ci ildən etibarən bilik və bacarıqların qiymətləndirilməsi istiqamətində əməkdaşlığın təmin edilməsi üçün Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssislərindən ibarət birgə İşçi qrup yaradılıb. 


2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanı DİM tərəfindən yeni qaydalar əsasında keçirilib. Həmin ilin oktyabrında DİM və Təhsil Nazirliyi arasında keçirilən görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli ictimaiyyətə təqdim edilib.


Cari - 2019-cu ilin fevral ayından etibarən həm kağız daşıyıcıları, həm də onlayn sınaq imtahanlarının, mart ayından etibarən isə buraxılış və qəbul imtahanlarının keçirilməsinə start verilib.


DİM tərəfindən buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiqinə cəmiyyətdə münasibət birmənalı olmayıb, onun müsbət və mənfi tərəfləri ətrafında müzakirələr bu gün də davam edir.


Sosial Tədqiqatlar Mərkəzi buraxılış və qəbul imtahanlarında bu il tətbiq olunan yeni modelin müsbət və mənfi tərəflərini, ümumilikdə Azərbaycanın təhsil sisteminin bugünkü vəziyyətini və cəmiyyətin bu yeniliklərə münasibətini araşdırmaq üçün Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin nümayəndələri, abituriyentlər, valideynlər, müəllimlər və təhsil ekspertləri arasında cari ilin iyun-iyul aylarında ictimai rəy sorğusu keçirib.


Sosial Tədqiqatlar Mərkəzinin 539 respondent və 12 ekspert arasında keçirdiyi ictimai rəy sorğusu Dövlət İmtahan Mərkəzinin regional mərkəzləri əsas götürülməklə, 10 şəhər və rayonu (Bakı, Sumqayıt, Gəncə, Bərdə, Şəki, Şirvan, Xaçmaz, Göyçay, Lənkəran, Mingəçevir) əhatə etməklə genişmiqyaslı tədqiqatın nəticələrinin təsbiti ilə nəticələnib.


Hesabatın təqdimatı yaxın günlərdə baş tutacaq.


Qeyd edək ki, hesabat STM-in Daxili Siyasətin Təhlili Departamenti və İctimai Rəyin Öyrənilməsi Departamenti tərəfindən hazırlanıb.

/Demokrat.az

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər