Gündəm
Aytən Səfərova İcra Hakimiyyətini tənqid etdi – VİDEO
Aparıcı Aytən Səfərova Yasamal rayon İcra hakimiyyətini tənqid edib.
MUMTV.az xəbər verir ki, o bununla bağlı sosial şəbəkədə video yayımlayıb.
Belə ki, aparıcı yolun ortasında qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib və insanlarn işə gecikdiyini qeyd edib:
"Hər səhər "Space” TV-nin yanındakı yol bağlıdır. Yasamalın icra orqanları bu çadırı bura niyə qoyublar? Yol Patrul Xidməti əməkdaşları buna niyə göz yumub? Nəyə görə bu çadr burda dayanıb hər səhər mən və mənim kimi yüzərlə sərnişinlər gecikmək məcburiyyətində qalır?
Xahiş edirəm müvafiq strukturlar günün 24 saatı insanlara süni əngəl yaratmaqlarına aydınlıq gətirsinlər. Aydınlıq gətirmirlərsə, heç olmasa bu çadırı buradan götürsünlər. Səhər tezdən insanların əsəbləri ilə oynamaq lazım deyil. Onsuz da hamı tıxacdadır”./Turkustan.info