Dünya

Moldovada Azərbaycanın tarixi qələbəsi qeyd edildi
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Noyabrın 10-da Moldova sakinləri paytaxt Kişinyov şəhərinin mərkəzi meydanında Ştefan Çel Marenin abidəsi önünə toplaşaraq, illərdir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsini qeyd edib.

Mumtv.az bildirir ki, səfir Qüdsi Osmanov çıxış edərək ölkəmizin əldə etdiyi şanlı qələbə münasibətilə azərbaycanlıları təbrik edib, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, bu böyük zəfərin xalqımıza və dünya azərbaycanlılarına bəxş etdiyi qürur və fəxarət hissinin əvəzsiz olduğunu dilə gətirib, Qarabağ qələbəsinin ölkəmizin rəhbərliyinin səriştəsi, milli ordumuzun gücü və xalqın dəstəyi nəticəsində əldə olunduğunu vurğulayıb.

Daha sonra moldovalı deputat Sergiu Sirbu çıxışında azərbaycanlıları bu əlamətdar hadisə ilə bağlı təbrik edib, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı əldə edilən uğurun digər oxşar münaqişələrin həlli yolunda da nümunə olacağına ümid etdiyini bildirib.

Meydana toplaşanlar arasında qardaş Türkiyənin Moldovadakı Səfirliyinin əməkdaşları da nitq söyləyərək soydaşlarımızı ölkəmizin hərb və siyasət meydanında əldə etdiyi şərəfli qələbəyə görə təbrik edib.

Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov Azərbaycanın əldə etdiyi uğurlar və bu böyük zəfər gününün bütün həmyerlilərimizi bir araya gətirərək bir yumruq ətrafında sıx birləşməsinə və daha da güclənməsinə səbəb olduğunu bildirib. MAK-ın gənc istedadlı üzvləri ölkəmizin həqiqətlərini, siyasi və hərbi sahədə qazandığı qələbə barəsində rumın dilində nitq söyləyərək Moldova ictimaiyyətini məlumatlandırıb. Bundan əlavə, Moldovada Azərbaycan icmasının ağsaqqalı Firuz İsayev təbrik nitqi söyləyərək Kişinyov meydanında keçirilmiş tədbirin ilk hissəsini yekunlaşdırıb.

Qeyd edək ki, tədbirin sonunda Moldovanın bir sıra xəbər agentlikləri və telekanallarının iştirakı ilə səfir Q.Osmanov tərəfindən mətbuat brifinqi keçirilib. Brifinqdə səfir Moldova ictimaiyyətinə Azərbaycanın şanlı qələbəsi və ölkəmizin haqlı mövqeyini əks etdirən məlumatlar verib, yerli jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Daha sonra həmin gün zəfər tədbirinin iştirakçıları Türkiyənin Moldovadakı Səfirliyinə gedərək Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatının ildönümü münasibətilə büstü önünə gül dəstələri qoyub, görkəmli şəxsiyyətin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir Moldovadakı səfirliyimizdə davam etdirilərək ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, müstəqil Azərbaycanın qurucusu və xilaskarı olan ümummilli liderimizin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən söhbət açılıb.

Qələbə münasibətilə səfirlikdə bayram ziyafəti təşkil edilmiş, tədbir iştirakşılarına milli mətbəxə məxsus şirniyyatlar təqdim edilib, həmvətənlərimiz Azərbaycanın xalq rəqslərinin sədaları altında rəqs edib, vətənpərvərlik şeirləri və çıxışları söyləyib. Tədbir Kişinyov şəhərində Azərbaycanın ərazi bütövlüyünün bərqərar olmasına həsr edilmiş təntənəli qələbə atəşfəşanlığı ilə yekunlaşdırılıb.

(Axar.az)

Moldovada Azərbaycanın tarixi qələbəsi qeyd edildi

Son xəbərlər

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Taksi sayına məhdudiyyət qoyulması sıxlığı azaldacaq? - AÇIQLAMA

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Zaur Mikayılov onları özünə müşavir təyin etdi

Məhkəmə Anar Məmmədlini ev dustaqlığına buraxmadı

İlham Əliyev və Rumen Radev arasında Bəyannamə imzalandı

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

Azərbaycanda bu imtahanlar elektron formatda keçiriləcək

Şans bu gün sizin tərəfinizdədir - BÜRCLƏR

Bakı metrosunda iş rejimi dəyişdirilir

Bu gün Paşinyan Moskvada Putinlə görüşəcək

Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi - FOTO

Azərbaycan bu ölkə ilə birgə silah istehsal edəcək

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu

İsraili hər zaman dəstəkləyəcəyik - Bayden

Nazirlik hər kəsə 200 AZN verir? - AÇIQLAMA

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Bütün xəbərlər