Dünya

Şimali Koreya itkin düşən Cənubi Koreya rəsmisinin cəsədini yandırıb

Şimali Koreya qoşunları bu həftənin əvvəlində itkin düşən Cənubi Koreya rəsmisinin cəsədini yandırıb. 

Cəsəd koronavirus pandemiyasının qarşısını almaq üçün yandırılıb. Bu barədə Cənubi Koreya hərbi qüvvələri cümə axşamı bildirib.

Mumtv.az "Reuters”in məlumatına əsaəsn bildirir ki, cənubi koreyalı bazar ertəsi günü iki ölkə arasında faktiki dəniz sərhədi olan Şimal Limit Xəttinin (NLL) təqribən 10 km cənubundakı balıqçılıq gəmisindən itkin düşüb və Şimala doğru qaçmağa çalışıb.

"47 yaşlı məmurun niyə vurulduğu məlum deyil, lakin Şimali Koreya qoşunlarının koronavirus əleyhinə əmrlər altında hərəkət etdikləri bilinir”, - Cənubi Koreya hərbi qüvvələri əlavə edib.

Prezidentin Göy Ev milli təhlükəsizlik bürosu qətli "insanlığa qarşı cinayət” adlandırıb və Şimali Koreyanı üzr istəməyə və gələcəkdə oxşar hadisələrin təkrarlanmaması üçün tədbirlər görməyə dəvət edib.

Kəşfiyyat mənbələrinə istinad edən hərbçilər naməlum şəxsin "yuxarı orqanların əmri” ilə edam edilmədən əvvəl dənizdə, NLL-nin şimalında və itkin düşdüyü yerdən təqribən 38 km məsafədə sorğu-sual edildiyini deyib. Qaz maskalarında olan şəxslər öldürdükdən sonra cəsədi yandırıblar.

Cənubi Koreyanın Prezidenti Moon Jae Şimalın Cənubi Koreyalı mülki vətəndaşa atəş açmasını "şokedici” və "bağışlanmaz” adlandırıb.

Moon Cənubi Koreya ordusuna da vətəndaşların həyatını qorumaq üçün tədbirləri gücləndirməyi əmr edib.

Hərbçilər çərşənbə günü quru sərhəd vasitəsilə Şimala məktub göndərərək izahat tələb etdiklərini deyiblər. "Reuters” Şimaldan cavab alınmadığını bildirib.

 


Son xəbərlər

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Bütün xəbərlər