Dünya
Dünya
Liviya BMT-dən referendum üçün kömək istədi
Liviya Dövlət Şurasının sədri Xalid əl Misri ölkədə Konstitusiya referendumlarının keçirilməsi üçün Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Xalid əl Mişri BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərdiyini vurğulayıb.
Misri məktubda yeni Konstitusiyanın 2 ildən çoxdur hazır olduğunu, ölkədəki mövcud duruma görə referendumun keçirilə bilmədiyini yazıb.
O, beynəlxalq hüquq çərçivəsində BMT-dən Liviyaya bu referendum məsələsində yardım etməsini xahiş edib.