Dünya
Dünya
Gürcüstanda yoluxma sayı ilə bağlı ciddi artım
Gürcüstanda son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda - 158 nəfər artıb.
Mumtv.az "Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 2 075-ə yüksəlib, bu virusdan ölənlərin sayı isə 19-dur.
Bundan əlavə, indiyədək 1 363 nəfər sağalıb. Hazırda 5 882 nəfər karantində, 390 nəfər isə stasionarlarda həkimlərin nəzarəti altındadır.
Digər ölkələrdən müalicə üçün gətirilən Gürcüstan vətəndaşlarının sayı isə 41 nəfər təşkil edir.
Bundan başqa, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşları 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.