Dünya
Dünya / Səhiyyə
Qazaxıstanda COVİD-19-dan ölənlərin sayı 1510 nəfərə çatıb
Son sutka ərzində Qazaxıstanda yeni növ koronavirusa (COVİD-19) yoluxan 14 nəfər vəfat edib.
Mumtv.az APA-nın xəbərinə əsasən bildirir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
COVİD-19 testi mənfi çıxan, ancaq sətəlcəm olan 7 nəfər də vəfat edib. Ötən sutka ərzində 230 nəfər koronavirusa yoluxub, 730 nəfərdə isə sətəlcəm aşkarlanıb.Ümumilikdə, Qazaxıstanda koronavirusa ilk yoluxmanın aşkarlandığı 13 mart tarixindən indiyə qədər 104 min 543 nəfərin virusa yoluxduğu aşkarlanıb, 1510 nəfər vəfat edib. Avqustun 1-dən indiyə qədər Qazaxıstanda 22 min 660 nəfərdə sətəlcəm aşkarlanıb, onlardan 256 nəfər ölüb.