Dünya
Dünya / Səhiyyə
Türkiyədə koronavirusa qarşı 13 vaksin hazırlanır
Türkiyədə koronavirusa qarşı eyni anda 13 fərqli vaksin hazırlanır.
Mumtv.az bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
O bildirib ki, 13 vaksinin yaradılması istiqamətində işlər davam etdirilir və üç halda heyvanlar üzərindəki sınaqlar artıq başa çatıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun əvvəlində vaksin hazırlayan istehsalçılardan birinin onun insanlar üzərində kliniki sınaqdan keçirilməsi üçün icazə aldığını bəyan etmişdi.
(Axsam.az)