Dünya
Tramp Putini zirvəyə dəvət etdi, etiraz başladı - "Ehtiyacımız yoxdur"
ABŞ Prezienti Donald Tramp G-7 ölkələrinin zirvə görüşünü COVID-19 pandemiyası səbəbindən sentyabrda keçirməyi təklif edib. Trampın toplantıya Rusiya, Hindistan, Avıstraliya və Cənubi Koreya liderlərini dəvət etməsi isə ciddi narazılıq doğurub.
Mumtv.az Teleqraf.com-a istinadən xəbər verir ki, Rusiyanın zirvəyə dəvət edilməsinə ilk etiraz Almaniyadan gəlib.
Almaniya Xarici işlər naziri Hayko Maas bildirib ki, Rusiyanın bu zirvəyə təkrar dönüşü qəbuledilməzdir: "Rusiyanın zirvə görüşündən kənar saxlanılmasının səbəbi Ukraynanın şərqinə müdaxiə etməsi və Krımın ilhaqıdır. Bu məsələlər həllini tapana qədər Rusiyanın bu formata dönməsini arzu etmirik”.
Maas xatırladıb ki, G-7 və G-20 məqbul qaydada koordinasiya edilən formatlardır: "Bizim G-11 və ya G-12-lərə ehtiyacımız yoxdur”.
Xatırladaq ki, dünya iqtisadiyyatına istiqamət verən 7 ölkənin yaratdığı G-7 forumu ildə bir dəfə toplanır. 1975-ci ildən Almaniya, ABŞ, Birləşmiş Krallıq, İtalya, Yaponiya və Kanadanın daxil olduğu bu formata 1998-ci ildə Rusiya da dəvət edilmiş və beləcə, G-8 formatı ortaya çıxmışdı.
Amma Rusiyanın 2014-cü ildə Krımın ilhaqından sonra ABŞ lideri Barak Obamanın təşəbbüsü ilə Rusiya bu formatdan çıxarılmış və beləcə, F-7 formatına qayıdılmışdı.