Dünya
Dünya / Səhiyyə
Ermənistanda yoluxanların sayı 35 mini keçdi
Ermənistanda sutka ərzində daha 273 nəfər koronavirusa yoluxub.
Mumtv.az erməni KİV-nə istinadən xəbər verir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 35 254-ə çatıb. Sutka ərzində daha 12 nəfərin ölümü ilə epidemiya qurbanlarının sayı 662 nəfərə yüksəlib.
Koronavirusa yoluxmuş 6 nəfər isə digər səbəblərdən vəfat edib (pandemiya yayılandan bəri ümumilikdə 215 nəfər).
Qeyd edək ki, martın 16-dan avqustun 12-dək Ermənistanda fövqəladə vəziyyət elan olunub.