Dünya
Dünya
Çin: ABŞ-a görə hərbi potensialımızı artırırıq
Çin ABŞ-ın strateji təhdidindən müdafiə olunmaq üçün özünün hərbi potensialını modernləşdirməlidir.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin Silahlanmaya Nəzarət Departamentinin rəhbəri Fu Çun deyib.
"Demək istəyirəm ki, ABŞ-ın və Çinin nüvə arsenalı arasında böyük uçurum var. ABŞ təkcə öz nüvə potensialını artırmır, həm də hava hücumundan müdafiə sistemlərini Çinin yaxınlığında yerləşdirmək və kosmosda silahlanmanı inkişaf etdirmək barədə düşünür”, – deyə o bildirib.