mumtv.az
mumtv.az

ABŞ-da Atatürkə və Türkiyəyə qarşı təxribat

ABŞ-da Atatürkə və Türkiyəyə qarşı təxribat
29-06-2020, 14:51 97 dəfə baxılıb

 
ABŞ-ın paytaxtı Vaşinqtonda Türkiyə səfirliyi iqamətgahının qarşısında olan Atatürkün heykəlinə hücum edilib.
Mumtv.az Türkiyə KİV-inə istinadən bildirir ki, heykəlin üzərinə ingilis dilində "Bəli, insanlığa qarşı cinayətlərdə günahkaram” ifadəsi yazılan pankart asılıb.
Təxribatı törədən şəxs səfirliyin müşahidə kamerasına düşüb. O, pankartı heykəlin üzərinə yerləşdirdikdən sonra fotosunu çəkib. Daha sonra da pankartı götürərək ərazidən uzaqlaşıb.
Qeyd edək ki, çəkilən foto Yunan Soyqırım Araşdırma Mərkəzinin (Greek Genocide Resource Center) "Feysbuk” hesabında da paylaşılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA