Dünya

Türkiyə iki dənizi birləşdirir: Möhtəşəm layihə
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
Son günlər Türkiyə siyasi gündəminin əsas hadisəsi "Kanal İstanbul” layihəsi ilə bağlı müzakirələrdir.

"MUMTV.az” xatırladır ki, "Kanal İstanbul” Türkiyənin ən böyük milli layihələrindən biridir və 2023-cü ildə açılaraq, iki dənizi - Qara və Mərmərə dənizini birləşdirməsi gözlənilir. 

İdeya özü yeni deyil və Qanuni Sultan Süleymanın dövrünə  (1520-1568), Memar Sinanın bu təşəbbüslə çıxış etdiyi zamana təsadüf edir, lakin layihə həyata keçirilməmişdi. İkinci cəhd 1591-ci ildə işlərin bərpa olunmasını əmr edən Sultan Murad III dövründə oldu, lakin bir müddət sonra yenidən dayandırıldı.

Kanalın qurulması ideyası 1654-cü ildə Sultan Mehmed IV dövründə yenidən müzakirə edildi, lakin bu məsələdə qətiyyətli olan və layihəni irəli sürməyə çalışan Sultan Mustafa III (1757-1774) gələnə qədər təxirə salındı. Çox böyük xərclər üzündən bu mümkün olmadı. II Sultan Mahmud taxt-tacı ələ keçirdikdə, təklifi yenidən nəzərdən keçirmək və müfəssəl hesabat hazırlamaq üçün komitə də yaratdı (1813-cü ildə), lakin konkret addımlar atılmadı.

1920-1952-ci illərdə su elektrik enerjisi istehsalı üçün Cəbəllütariq boğazının qarşısında bir bənd tikmək və Aralıq dənizinin səviyyəsini 60-200 metrə (200-660 fut) endirmək təklif edildiyi üçün layihə yenidən müzakirəyə gəldi. Bu plan Çanaqqala boğazında səddin inşasını nəzərdə tutsa da, uğursuzluqla üzləşdi.

1994-cü ildə yerli seçkilər keçirildi, bu müddət ərzində Demokratik Sol Partiyanın lideri Bülənt Ecevit köhnə layihəni tamamlamağı təklif etdi, ancaq hökuməti bu işə başlamaq üçün inandıra bilmədi.

2009-cu ildə AKP dövründə Türkiyə hökuməti layihənin yenidən öyrənilməsini və yenidən üzərində işlənməsi üçün çalışmağı tövsiyə etdi. 27 aprel 2011-ci ildə o zamankı baş nazir Rəcəb Tayyib Ərdoğan İstanbul kanalının tikintisi ideyasını elan etdi və onu "fırtınalı ideya" adlandırdı. İki il ərzində layihənin öyrənilməsi başa çatdı və maliyyə mənbələri tapıldı. Layihənin həyata keçirilməsində əsas rolu türk ordusu öz üzərinə götürsə, onun dəyəri dövlət xəzinəsindən ayrılacaq 10 milyard dolları keçəcək. Bu layihə Türkiyənin gələcəyi üçün böyük əhəmiyyət daşıyır və kanalın açılış tarixi artıq razılaşdırılıb. Bu, 2023-cü ildə, Türk dövlətinin qurulmasının ildönümündə və hökumətə Boğazdan gəmilərin keçməsi üçün heç bir vergi toplamağa imkan verməyən Lozanna Müqaviləsinin sona çatmasıyla reallaşacaq.

Məlumatlara görə, dərinliyi 25 metr, eni 150 metr olan kanalın uzunluğu 45-50 kilometr olacaq. Belə tikinti İstanbulun Avropa tərəfini ayıra bilər, Qara və Mərmərə dənizində Boğaza qədər çimərlikləri olan yeni ada yarada bilər. Bu o deməkdir ki, kanaldan ən böyük gəmilər və sualtı qayıqlar keçəcək.

Hazırda da müxalifət və eləcə də bəzi mühəndislik və memarlıq qurumları bu layihəyə qarşı çıxır, onun ərazinin ekologiyası və su ehtiyatları üçün təhlükə yaratdığını bildirir. 

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, bu layihəyə qarşı müxalif fikirin formalaşmasının bir neçə səbəbi var. 

Birincisi, deyirlər ki, iqtisadi durum Türkiyəyə meqa layihəyə böyük xərclər tökməyə imkan vermir. 

İkincisi, yenal kanalın ekoloji zərərləri hesablanmayıb. 

Üçüncüsü, Süveyş və Panama kanallarından fərqli olaraq "Kanal İstanbul” gəmilər üçün məsafəni qısaltmayacaq. 

İstanbulun bələdiyyə başçısı Əkrəm İmamoğlu da yeni kanal tikintisinin əleyhinədir. Ərdoğan buna belə cavab verir: "Bu bələdiyyə deyil, dövlət layihəsidir”. Yəni Ərdoğan İmamoğluna demək istəyir ki, başından böyük işlərlə məşğul olma!” Belə görünür ki, Ərdoğan həm "Kanal İstanbul” məsələsində haqlı olduğunu sübut etmək məcburiyyətindədir”.


Son xəbərlər

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

Bütün xəbərlər