Cəmiyyət

Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Azərbaycanın işğaldan azad etdiyi ərazilərin böyük iqtisadi potensialı var. Bu ərazilər həm aqrar üstünlüyü, həm də xammal bazası, emaledici sənaye istehsalı baxımından fərqlənən rayonlarımızdır.

Mumtv.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 

Deputat bildirib ki, həmin ərazilərimizin imkanları orada iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yaradacaq: "Xüsusən işğaldan azad edilən ərazilərimizin kənd təsərrfüatı potensialı kifayət qədər böyükdür. Nəzərə alaq ki, Füzuli, Ağdam rayonları işğaldan əvvəlki dövrlərdə pambq, taxıl, üzüm istehsalına görə ölkədə aparıcı rayolar sırasında idilər. Cəbrayıl, Qubadlı, Zəngilan rayonları da üzümçülükdə fərqlənirdi. Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda heyvandarlıq çox inkişaf etmişdi. Daxili ət istehsalında bu rayonlarımızın payı kifayət qədər böyük idi".

V.Bayramov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilər eyni zamanda böyük xammal bazasına malikdir: "Həmin rayonlarımızda qızıl, mis, civə, dəmir, mərmər və eləcə də inşaat materialları üçün xammal bazası var. Göründüyü kimi, bu rayonların həm sənaye, həm kənd təsərrfüatı potensialı var, xammal bazası, təbii resursları olduqca böyükdür. Bütün bunlar imkan verəcək ki, bərpa prosesindən sonra qısa zamanda həmin ərazilərimizin iqtisadiyyatı inkişaf edə bilsin".

Deputat bildirib ki, işğaldan azad olunan ərazilərdə iki iqtisadi rayon yerləşir – Yuxarı Qarabağ və Kəlbəcər Laçın iqtisadi rayonları: "Bu rayonların iqtisadi potensialı, o cümlədən ölkə üzrə ümumi daxili məhsudakı potensial payının qiymətləndirilməsi göstərir ki, bərpa prosesindən sonra həmin rayonlarımızda iqtisadiyyatın 8 dəfə artması mümkündür. Bu, bir tərəfdən ona imkan verir ki, həmin rayonlarımızın iqtisadiyyatı sürətli şəkildə artısn və inkiaf etsin".

V.Bayramov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası ilə çoxlu sayda yeni iş yerləri açılacaq: "Kifayət qədər çox infrastruktur layihələri həyata keçiriləcək və bu layihələr Azərbaycan vətəndaşlarının işlə təminatına müsbət təsir göstərəck. Eyni zamanda, həmin ərazilərdə iqtisadiyyatn inkişafı yeni iş yerlərinin yaranması deməkdir".



Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər