Cəmiyyət

“Azərbaycanlı əsgər mənə qardaş dedi” - Erməni əsir
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Oktyabrın 22-si Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülən bir qrup erməni əsgər CBC telekanalına müsahibə verib.

Mumtv.az bildirir ki, erməni əsirlər müsahibələrində Azərbaycan əsgərlərinin yüksək humanizminə diqqət çəkib və belə bir davranışın onlar üçün gözlənilməz olduğunu vurğulayıblar.

10 günə yaxın bunkerdə gizlənən erməni əsirlərdən biri isə əsir götürülmə anlarını danışıb:

 

"Biz bunkerdə idik. Ayın 22-si azərbaycanlılar gəldilər. Nəsə axtarırdılar. Aralarında birdən kimsə bunkeri açmağa qərar verdi. Bu bina birmərtəbəli idi və aşağısında zirzəmi olacağını təsəvvür etmək çətin idi. Ancaq onlardan kimsə açmağa çalışanda mən "qapını açma” deyə qışqırdım. O əvvəl başa düşmədi, çünki artıq 10 gün idi ki, burada idilər və onlardan başqa heç kimsə yox idi. Mən dedim ki, qapını açma, yoxsa atəş açaram. Sonra başqa qapını açmaq istədilər. Mən yenə qışqırdım ki, heç bir qapını açmayın və bir dənə güllə atdım. Sonra qumbara atdılar, şükür ki, qəlpələrin çox hissəsi özümə dəydi, mən düşündüm artıq bu qədər, bu, sondur.

Tez telefonumu çıxarıb sındırdım, yoldaşımı tapıb zəng eləməsinlər, onunla şəklim var idi. Erməni əsir bildirib ki, qışqıraraq azərbaycanlı əsgərdən "Burada kimsə rusca başa düşür?" deyə soruşub. Onlardan biri cavab verdi ki "Bəli, başa düşürəm".

- Səndən əsl dürüst əsgər kimi bir şey istəyə bilərəm?

- Buyur. 

- Bizi öldürdükdən sonra cəsədlərimizi Ermənistana göndərə bilərsən? Qoy valideynlərimiz bizi dəfn edə bilsin. Sənin də anan var, nə istədiyimi başa düşürsən.

- Qardaş, heç kim səni öldürmək istəmir, çıx. Qardaş, sən inanmırsan ki, mən səni öldürməyəcəyəm?

- Yox əlbəttə, bir az əvvəl qumbara atmışdınız. 

Əsir bildirib ki, həmin an azərbaycanlı əsgər onda yaxınlaşmağa başlayıb: "Dedi ki, bax daha da yaxın gəlirəm. Bronjiletsiz gəldi, silahı yerə qoydu. Dedi ki, bax sənin qarşındayam istəyirsən öldür məni, mən sənə güvənirəm. Mən silahı ona tuşlamışdım və yerim çox rahat idi. "Öldürmürsənsə mənə güvən, ayağa qalx danışaq" dedi.

Belə bir şeyi ancaq yüksək cəsarət və hünərə sahib biri edə bilər. Daha sonra o məndən siqaret çəkdiyimi soruşdu və mənə iki siqaret verdi”.

(Qafqazinfo.az)

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər