Cəmiyyət

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Nərimanov rayonu ərazisində genişmiqyaslı işlər aparılır. 2020-ci ilin investisiya proqramına uyğun olaraq, "Azərbaycan Avtomobil Yolları" Dövlər Agentliyi (AAYDA) tərəfindən rayon ərazisində təmirə ehtiyacı olan 9 150 metr uzunluğa malik küçə və yollarda genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.

Bu barədə Mumtv.az AAYDA-ya istinadən xəbər verir.

Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, Nərimanov rayonunun ümumi uzunluğu 3,4 km olan Əliyar Əliyev, Asif Məmmədov və Aşıq Qərib küçələrinin, həmçinin "Daş karxanası”nın 1,2 km-lik yollarının, ümumi uzunluğu 3,6 km olan Böyükşorun "DYUA” və "40-cı rezervuar” yaşayış massivlərinin, o cümlədən "205-ci məhəllə”sinin yollarının, bundan başqa Elçin İsaqzadə adına y/massivinin 0,5 km-lik yolunun, "Qarametal emalı” y/məhəlləsində isə ümumi uzunluğu 0,56 km olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə artıq küçə və yolların böyük əksəriyyəti tam şəkildə təmir olunub.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə bərpa olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.

Artıq sözügedən işlər çərçivəsində Nərimanov rayonu üzrə Asif Məmmədov və Aşıq Qərib küçələrinin, həmçinin "Daş karxanası”nın 1 200 metrlik yollarının, ümumi uzunluğu 3 600 metr olan Böyükşorun "DYUA” və "40-cı rezervuar” y/massivlərinin, o cümlədən "205-ci məhəllə”sinin yollarının, bundan başqa Elçin İsaqzadə adına y/massivinin 500 metrlik yolunun, "Qarametal emalı” y/məhəlləsində isə ümumi uzunluğu 560 metr olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin küçələrinin təmiri aparılaraq yekunlaşdırılıb.

Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Hazırda rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən biri olan, paytaxtın iki böyük prospekti – Heydər Əliyev və Ziya Bünyadov prospetlərini birləşdirməklə şəhərin nəqliyyat axınına müsbət təsir edən, ərazidə tıxac və ləngimələrin aradan qaldırılması baxımından alternativ yol olaraq mühüm əhəmiyyətə malik yolu olan Əliyar Əliyev küçəsində yenidənqurma işlər davam etdirilir. Küçənin uzunluğu 2 500 metr təşkil edir.

Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri, həmçinin avtobus dayanacaqlarında xüsusi cibli hissələr yaradılıb.

Küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi yaxın müddət ərzində icra olunacaq. Daha sonra küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

"İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin investisiya proqramı çərçivəsində ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun olaraq Nərimanov rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Nərimanov rayonu ərazisində 11 min metr uzunluğunda olan küçə və yol təmir edilib.


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər