mumtv.az
mumtv.az

İmtahanlarla bağlı dəyişiklik edildi - Rəsmi

İmtahanlarla bağlı dəyişiklik edildi - Rəsmi
20-06-2020, 10:44 446 dəfə baxılıb

What is the DELE exam? Spanish certificated in several levels

DİM tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə 24 və 25 iyun tarixlərində keçirilməsi nəzərdə tutulan buraxılış (qəbul) imtahanlarının rayon və şəhərlər üzrə siyahısında  dəyişiklik edilib.

Mumtv.az bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi birgə məlumat yayıb. 

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq DİM tərəfindən 24 və 25 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanların şəhər və rayonlar üzrə siyahısında dəyişiklik edilib və sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanlar keçirilməyəcək. Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.

 

Şagirdlər (abituriyentlər) imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər.

Ciddi karantin rejimi tətbiq olunmayan digər şəhər və rayonlar üzrə imtahanların (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçirilməsi planlaşdırılır. 

24 və 25 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə bu linkə daxil olaraq tanış ola bilərsiniz. 

(Qafqazinfo.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA